Mühazirə-1 Plan Giriş. Sürtünmə və yeyilmə Əsas anlayışlar və istiqamətlər s ü rt ü nm ə V


Mühazirə-18 Bərpa üsulunun seçilməsi



Yüklə 0,94 Mb.
səhifə17/20
tarix07.01.2024
ölçüsü0,94 Mb.
#211615
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
C fakepathtribomex-22(1)

Mühazirə-18
Bərpa üsulunun seçilməsi
Mühazirənin planı
1.Bərpanın təyin edilməsi
2.Bərpanın seçilmə üsulu
Bərpa üsulunu seçmək ən vacib məsələlərdən biridir. Bu məsələdə əsasən onun hansı materialdan hazırlanması, həndəsi ölçüləri, forması və daxili və ya xarici səthlərin olmasını nəzərə almaq tələb olunur.
Bəzi hallarda kiçik diametrli qazma boruları polad 3  5 markasından hazır-lanır. Bərpa olunan səthlər əsasən daxili silindrik səthlərdir ki, bunların da yeyilmə dərinliyi 3  5 mm qədər çatır.
Həndəsi ölçüləri isə kiçik olduğundan onların bərpası üsulu sadəcə olaraq əl ilə elektrik qövslü üstəritmə ilə yerinə yetirmək olar. Digər tərəfdən xarici səthlərin pazların sürüşmə sürtünməsi ilə onların tutqacları siyrilib dağılan yerlərini əl ilə elektrik qövslü üstəritmə ilə tam yerinə yetirmək olar.
Daxili səthləri bərpa etmək üçün ən məqsədə uyğun yarımavtomat qurğusu ilə karbon qazı mühitində üstəritmədir. Çünki, polad materiallar yüksək temperaturada qızarkən, ərinmiş maye metal elektrod soyuyarkən oksidlənmə reaksiyası baş verir. Ətrafdakı oksigen və azot səthlərdə korroziya yaradır və öz mənfi təsirini göstərir.
Karbon qazı selinin təsiri onların yeyilən səthlərdə bu halları yaratmayaraq, onları yeni karbon qazı və azot öz təzyiqi ilə qovub kənar edir.
Şək. 2.3-də yarım avtomat qurğusunun ümumi sxemi göstərilmişdir.
Bu sxemin qurğusuna əsasən elektrod məftili seçilərək xüsusi mexanizmlə sabit seçilmiş sürətlə yanma zonasına verilir. Bu zonada müşdük və üclüklə ərinmiş maye elektrod yeyilən səthlərə eddirilir. Eyni zamanda borucuk ilə qaz ucluğu vasitəsi ilə karbon qazı 5 - 20 MPa təzyiqlə yanma zonasına verilir. Müəyyən müddət soyumadan sonra üstəritmə qatı əmələ gəlir. Bu prosesin aparılması üçün elektrod məftil seçilməlidir ki, onların fiziki-mexaniki xassələri bərpa olunan səthlərə uyğun gəlsin. Aşağıdakı cədləl- 3.1-də seçilmiş elektrodların tərkibi göstərilmişdir.


Elektrod məftilin tərkibi cədvəl 3.1





Elektrodun markası

Elementlərin tərkibi, %

M

Si

C

Cr

Ni

Al

S

P

Cв-12 ГС
Cв-08Г2С
Yoni-1345
Yoni-1365

0,8 - 1,1
1,8 - 2,1

0,6 - 0,9
0,7 - 0,95

0,14
0,11
1.1
1.2

0,20
0,20
0.35
0.45

0,30
0,25
065
032

-
0,05
0.41
0.56

0,03
0,03
0.36
0.64

0,03
0,03
0.12
0.15

Bu seçilmiş elektrodlar üstəritmə zonanı yeyilən səthlərdə oksid təbəqəsinin yaranmasının qarşısını alır. Bu metallar yüksək temperaturada kimyəvi reaksiya olduğundan, onların qarşısını karbon qazının yüksək təzyiqi ola bilir. Bunula detalın daxili səthlərini tədricən fırlanma və döndərmə ilə dairəvi üstəritmə təbəqəsini almaqmümkün olur.
Beləliklə, yeyilən səthlər tam aradan qaldırılaraq bərpa üçünmexaniki emalı göndərilir.
Təmir və bərpa proseslərində bərpa üsulunun seçilib təyin edilməsi, bərpa edilən detalın konstruksiyasından, istismar şəraitindən, bərpa olunan hissələrin həndəsi və texniki parametrlərindən və s. elementlərdən tam asılıdır.
Bərpa üsulunun seçilməsi və istifadə olunan avadanlıqlar, qurğular və texniki vasitələr əsas rolu oynayır.
Bunlardan başqa bərpa üsulunun seçilməsi detalın etibarlığı və uzunömürlüyü ilə istismar müddəti ən vacib şərtlərdən ibarətdir. Zədələnmiş və yeyilməyə məruz qalan səthlərin parametrləri də əsas şərtlərdən biridir. Elə bir üsul və onun avadanlıqlarını seçmək tələb olunur ki, bərpa olunmuş detalın texniki göstəriciləri, əsas detalın özündən dəfələrlə keyfiyyətli olub, bunun standartlara uyğun gəbul, istismar müddəti 3 – 4 dəfə artıq olmalıdır.
Bunların əsasında bərpa texnologiyasının üsulunu seçərək onun lazımı parametrləri və texnoloji rejimi ayrıca hesablanır. Bərpa üsulunun seçilməsi detalın bərpa olunan səthindən və istismar şəraitindən asılı olaraq, təyin etmək tələb olunur. Bu amillər və əsas tələblər aşağıdakılardan ibarətdir:
1. detalın qovuşan səthlərinin işləmə şəraiti;
2. yeyilmənin xarakteri və onun keyfiyyətləri;
3. təmirə qədər möhkəmlik prosesinin təsiri;
4. bərpanın texniki şərtləri;
5. təmir olunan detalın materialı, konstruksiyası və termiki emalı.

Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin