Mühazirə-1 Plan Giriş. Sürtünmə və yeyilmə Əsas anlayışlar və istiqamətlər s ü rt ü nm ə V


Mühazirə-3 Yaglı sürtünmənin xarakteristikası



Yüklə 0,94 Mb.
səhifə3/20
tarix07.01.2024
ölçüsü0,94 Mb.
#211615
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
C fakepathtribomex-22(1)

Mühazirə-3
Yaglı sürtünmənin xarakteristikası
Plan
1. Yağlı sürtünmə prosesi
2.Val və yastıklarda yaglı sürtünmələr
1. Yağlı sürtünmə. Bu üsulla yağlamanı ilk dəfə 1883-cü ildə rus alimi, prof. N. P. Petrov icad etmişdir.
Bu halda iş zamanı valla yastığın səthləri arasında daima müəyyən yağ təbəqəsi olub, yalnız hərəkətin başlanğıcında və axırında sürtünürlər. Beləliklə, yastığın işləmə müddəti dəfələrlə artır. Valın sükunət və hərəkət halları şəkil 2.9-da göstərildiyi kimidir.

N. P. Petrov yağlı sürtünmə üçün hidrodinamik nəzəriyyəyə məxsus aşağıdakı tənliyi vermişdir:



burada h - yağ təbəqəsinin minimum qalınlığı, mm ilə;
d - valın diametri, mm ilə;
 - yağın özlülük əmsalı, kq san/m2 ilə;
P - valın yük tutumu, kq/m2 ilə;
S - aralıq boşluğu, mm ilə;
n - valın dövrlər sayı, dov/dəq ilə;

- yastığın, şipin uzunluğudur.
Minimum yağ təbəqəsinin qalınlığı val və yastığın girinti-çıxıntılarının cəmindən çox olmalıdır. Yəni

S ürtünən səthlərdə yağ layı olduqda yeyilmə quru sürtünmədə olduğundan fərqlənir. Petrovun hidrodinamiki yağlama nəzəriyyəsinə əsasən birləşmənin həndəsi ölçülərini, iş parametrlərini və yağın xassələrini (o cümlədən onun özlüyünü) əlaqələndirmək olar. Bu nəzəriyyəyə əsasən sübut edilir ki, əgər düzgün həndəsi formalı val düzgün həndəsi yastıqda yerləşdirilərsə, onda qovşağın həndəsi ölçüləri ilə yağın özlülüyü və yük arasında müəyyən bir münasibətdə valın vəziyyəti yalnız onun fırlanma dövrlər sayından asılı olacaq . Şəkildə n - valın fırlanma dövrlər sayı; m - toxunma nöqtəsidir.
Valın fırlanması zamanı hidrodinamiki qüvvə təsiri altında val yastıqdan aralanır və yağ qatının qalınlığı "h" olur.
Val fırlanaraq öz kələ-kötürlüyü ilə yağı araqatına aparır və qovşaqda mərkəzi bucağı 90°-120° olan zonada izafi təzyiq yaradır.
Valın fırlanması zamanı yağ qatında yaranan təzyiqin paylanma epürası yastığın konstruksiyasından və valın yüklənmə xarakterindən asılıdır.
Şəkil yastığın oymağında qanovcuq olduqda onun boyu uzunluğunda təzyiq epürasının paylanma xarakteri verilib: k - yükdür; 1 - oymaqda qanovcuq olduqda yağ qatında təzyiqin paylanma epürasında; 2 - qanovcuq olmadıqda təzyiqin paylanma epürasıdır.
Şəkil yağ qatında fırlanan valın əyilməsindən və ya oymağın yeyilməsindən təzyiqin paylanma epürası göstərilib: 1 - valın boyuncuğu düz olduqda təzyiq epürasıdır; 2-3 - boyuncuğu əyilmiş valın təzyiq epüralarıdır.
Sürtünmə yastıqlarının hesabı üçün aşağıdakı işarələri qəbul edək:

h - araboşluğundakı pazvarı yağ qatının minimal qalınlığı, mm; d - valın diametri, mm;  - yağın dinamiki özlülüyü, 9,8 Hs/m; P - sapfaya təsir edən xüsusi təzyiq H/m2; n - valın fırlanma dövrlər sayı, dövr/dəq; S - birləşmədəki ara boşluğu; yastığın həndəsi ölçülərini nəzərə alan əmsaldır. Bu əmsal bir növ yastığın yağ saxlama qabiliyyətini izah edir. d və - uyğun olaraq sapfanın diametri və uzunluğudur.


Nəzərdə tutulur ki, yağlı sürtünmə şərti ödənildikdə başlayır.
və - yastığın və valın kələ-kötürlüklərinin mikrohündürlükləri cəmidir.
Qəbul edirik ki, n≠const; ≠const; P≠const. Qovşaq üçün ümumi halda "n" və "P"-yə elə bir qiymətlər vermək olar ki, lazım olan yağlı sürtünmə rejimi saxlanılsın.
Lakin maşın düyünlərinin hamısı üçün yağlı sürtünmə rejimi layihə etmək mümkün deyil (yavaş sürətli vallar, yüksək temperatur rejimində, rəqsi hərəkət olduqda və s). Belə hallar üçün yağ düyünə təzyiq altında vurulur və bu zaman yarımyağlı sürtünmə təmin olunur.



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin