Riyaziyyat tədrisi metodikasının tədqiqat metodları Məlumdur ki, təhsil biliklərin, elmin fəaliyyət sahəsi olub,əməliyyatları, onun inkişafı üçün xarakterik olan proseslərin təhsil sahəsində əks olunmasıdır.
Riyazi biliklərin mahiyyətinin təhsildə əks olunması təlimin yalnız prosesual tərəfini deyil, həm də məzmun tərəfini əhatə etməlidir. Müəllimin şagirdlərlə əlaqəli anlaşması, ünsiyyəti, əməkdaşlığı əsasən dərsdə baş verir. Müəllimin əsas vəzifəsi şagirdlərlə ünsiyyətə, əlaqəli anlaşmaya, əməkdaşlığa, yaradıcılığa çevrilməlidir. Riyazi təlimin məqsədlərinə nail olmaq üçün təlimin müəyyən funksiyaları olmaldıır. Bunlar əsasən aşağıdakılardan ibarətdir:
təhsil funksiyası, 2) tərbiyə funksiyası, 3) inkişaf funksiyası, 4) evristik funksiyası, 5) proqnostik funksiyası, 6) estetik funksiya.
Riyaziyyat tədrisi metodikası öz problemlərinin həllində fəaliyyətli yanaşma; müşahidə; müsahibə; pedaqoji eksperiment; qabaqcıl təcrübənin öyrənilməsi; anketləşdirmə üsullarındlan istifadə edir. Tədqiqatların metodoloji əsasını dialeklika, sistemli analiz və fəaliyyətli yanaşma təşkil edir).
Son zamanlar riyaziyyat təlimi metodikasında fəaliyyətli yanaşmadan daha geniş istifadə olunur. O müxtəlif mənalarda lətbiq edilir:
Riyaziyyat təlimi metodikasının metodoloji əsasını tərkib hissəsi kimi;
Riyaziyyat təliminin məzmununa adekvat olan müxtəlif fəaliyyətlərin təlimi kimi;
Tədris fəaliyyəti kimi.
Fəaliyyətli yanaşmanın əsasında fəaliyyət anlayışı dayanır. İnsanın predmet ilə, tələbat və motiv ilə, məqsədlər və onların əldə edilməsi şəraiti ilə, əməlləri və əməliyyatlarla səciyyələnən fəallıq prosesi fəaliyyət adlanır.
Fəaliyyətin mühüm növü tədris fəaliyyətidir, yəni öyrənilən əşya və onunla əlaqədar məsələlərin ümumi həll priyomları haqqında nəzəri biliklərin əldə edilməsinə istiqamətlənən şagirdin fəaliyyətidir. Tədris fəaliyyətində aşağıdakı komponentləri ayrırlar: tədris məsələsini məktəblinin anlaması, tədris əməlinin həyata keçirilməsi, onların nəzarət və qiymətləndirmə əməlini yerinə yetirməsi.
Bəzi didaktlar tədris fəaliyyətində təşkilati-əməli; həvəsləndirmə və nəzarət-qiymətləndirmə kimi üç komponenti qeyd edirlər.
Təlimdə fəaliyyətli yanaşmanın həyata keçirilməsi şagirdlərin tədris məsələləri dairəsinə cəlb edilməsini nəzərdə tutur. Tədris məsələlərinin həlli tədris əməliyyatı və nəzarət, qiymətləndirmə əməliyyatı vasitəsilə həyata keçirilir.
Fəaliyyətli yanaşmanın riyaziyyat təlimi metodikasının metodologiyası kimi istifadə edilməsi öyrənilən obyektə və ya hadisəyə adekvat olan fəaliyyətin qurulmasını nəzərdə tutur. Bu mənada o, anlayışların formalaşması, isbatın təlimi metodikasının və s. işlənib hazırlanmasında tətbiq edilir.
Qeyd edək ki, təlimdə heç də bütün müddəaları nəzəri əsaslandırmaq və ya onları mövcud nəzəriyyədən almaq olmaz. Belə hallarda öyrənilən təklifin doğruluğu üçün eksperimentdən istifadə olunur.Pedaqoji eksperiment fərziyyələri yoxlamaq, şagirdin bilik, bacarıq, vərdişləri və inkişafının real səviyyəsini müəyyən etmək, təklif edilən və ənənəvi istifadə olunan metodikaların nəticələrini müqayisə etmək, müxtəlif təklifləri əsaslandırmaq məqsədilə xüsusi təşkil olunmuş təlimdir. Eksperimentin bir neçə növü vardır. Müəyyənedici, yoxlayıcı, öyrədici. Fərziyyənin əsaslandırılması mərhələsində müəyyənedici, onun yoxlanılması prosesində öyrədici eksperimentdən istifadə olunur. Müəyyənedici eksperiment tədqiqat obyektinin vəziyyətini aşkar etməyə və ya fərziyyəni yoxlamağa, aryı-ayrı faktları dəqiqləşdirməyə imkan verir. Öyrədici eksperiment (ona axtarış, formalaşdırıcı eksperiment də deyilir) işlənib hazırlanmış metodikanın səmərəliliyini aşkar etmək məqsədilə aparılır. Eksperimentin aparılması üçün eksperimental və kontrol siniflər seçilir. Kontrol siniflərdə təlim ənənəvi sxem üzrə eksperimental siniflərdə isə tədqiqatçının işləyib hazırladığı metodika üzrə aparılır.
Eksperimentin təşkilində müəllimin və şagirdin fəaliyyətini müşahidə onlarla söhbət, anketləşdirmə, təlimin nəticələrinin keyfiyyət və miqdar analizi kimi üsullardan istifadə oluur. Tədqiqat nəticələrinin keyfiyyət analizi üçün kontrol və eksperimental qrup şagirdlərinin yoxlama işləri, miqdar analizi üçün-yoxlama işlərin statistik işləmələrin nəticələri əsasdır. Müşahidə həm müstəqil üsul kimi, həm də eksperimentin tərkib hissəsi kimi geniş tətbiq edilir. Tutaq ki, riyazi anlayışların formalaşması problemi tədqiq edilir. Hər şeydən əvvəl anlayışların formalaşması üzrə müəllimlərin işini müşahidə etmək zənnidir. Müşahidəyə bu prosesin müxtəlif tərəfləri cəlb edilə bilər: anlayışın daxil edilməsi, onun tərifinin mənimsənilməsi üzrə iş, məsələlərdən istifadə, əməllərin formalaşması və s. müşahidənin nəticələri anlayışların formalaşması üzrə müəllimin işi haqqında fikir söyləməyə imkan verir. Müəyyənedici eksperiment şagirdlərin bilik və bacarıqlarının səviyyəsini uğursuzluqların obyektiv və subyektiv səbəblərini aşkar edəcəkdir. Tədqiqatın problemi üzrə ədəbiyyatın təhlili tədqiqatçıya onun həllini qiymətləndirməkdə və həllin təkmilləşdirilməsinə yanaşmanı tapmaqla tədqiqatın fərziyyəsini müəyyən etməyə kömək edəcəkdir. Aydındır ki, fərziyyəsinin səmərəliliyi tədqiqatçının elmi hazırlığından, onun dialektikaya, sistemli analizə və fəaliyyətli yanaşma üsulları yiyələnmə səviyyəsindən, müasir təhsil ideyalarını və onların inkişaf ənənələrini başa düşməsindən çox asılıdır:
Qabaqcıl təcrübənin öyrənilməsi.