MühaziRƏ 10 Obyektlərin kodlaşdırılması



Yüklə 103,5 Kb.
səhifə2/6
tarix02.01.2022
ölçüsü103,5 Kb.
#43501
1   2   3   4   5   6
Muhazir 10-4

Kodda işarələrin sayı onun strukturu ilə təyin edilir və hər bölgü səviyyəsində əmələ gələn yarımçoxluqlara daxil olan obyektlərin miqdarından asılıdır. Hər bölgü səviyyəsində işarələrin sayını təyin edən zaman yadda saxlamaq lazımdır ki, yeni obyektlər ortaya çıxa bilər. Odur ki, ehtiyat kodları nəzərdə tutulmalıdır.

Kodlaşdırma metodu çoxluqların yarımçoxluqlara bölünməsi metodu ilə sıx əlaqəlidir.

Məlumdur ki, obyektlərə rəqəmli sıra nömrələrinin verilməsi obyektlərin tam identifıkatlaşdırılmasını təmin edir, lakin informativ deyildir, belə ki, çoxluğa xas olan əlamətləri əks etdirmir. Bundan fərqli olaraq, kodlaşdırmanın identifıkatlaşdırma metodları obyektlərin xüsusi qaydalarla tərtib olunmuş və ayrı-ayrı əlamətləri özlındə birləşdirən kodlarla identifıkatlaşdırılmasını təmin edir.

Kodlar aşağıdakı əsas tələbləri ödəməlidir:


  • obyektləri və ya obyektlər qrupunu birmənalı identifikatlaşdırmalıdır;

  • verilmiş çoxluğun işarələrinin sayı minimum, lakin bütün obyektləri kodlaşdırmaq üçün kifayət qədər olmalıdır;

  • kodlaşdırılan çoxluğun yenidən ortaya çıxan obyektlərinin kodlaşdırılması üçün kifayət qədər ehtiyat olmalıdır;

  • kodlaşdırılmış informasiyanın adamlar tərəfindən istifadəsi, həmçinin onun kompüter emalı asan olmalıdır;

  • informasiyanı komputer sisteminə daxil edən zaman xətalara avtomatik nəzarətin mümkünlüyü təmin olunmalıdır.


Yüklə 103,5 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin