Şərqi Asiya
Şərqi Asiya təbii-coğrafi sahəsinə Xarici Asiyanın Sakit okeanla qonşu olan Çinin şərq və şimal-şərq hissəsi, Koreya yarımadası, Yapon adaları, Tayvan və Xaynan adaları daxildir.Göstərilən ərazidə relyefin geoloji inkişaf tarixində müşahidə edilən oxşarlıq, morfostruktur ünsürlərin eyniliyi, musson iqliminin hakimliyi. Torpaq, bitki və heyvanlar aləminin zəngin və rəngarəng olması, onları bir təbii-coğrafi sahədə birləşdirməyə imkan verir.Şərqi Asiyanın materik daxilində yerləşən hissəsinin strukturunda qədim Çin platforması, Hertsin və Yanşan qırışıqları iştirak edir.Ərazinin müasir relyefində qədim peneplen səthləri, qırışıq-qayma dağlar, dağarası çökəkliklər və geniş sahəni tutan allüvial düzənliklər üstünlük təşkil edir.
Bilavasitə Sakit okeanın içərisində yerləşən ada qruplarına gəldikdə, materikdən fərqli olaraq, burada Sakit okean qırışıqlarının hündür və cavan dağları ilə yanaşı, vulkan və zəlzələ sahələri də geniş yer tutur.Şərqi Asiyanın geosinkinal zonasında yerləşən bu adalar ümumiyyətlə Asiya qitəsinin ən fəal müasir vulkanizim və seysmik rayonlarından biri hesab olunur. Təbii-coğrafi sahə üçün burada musson iqlimin hakim olmasıda səciyyəvidir.Mülayim, tropik və suptropik iqlim qurşaqlarında yerləşməsi ərazidə temperatur və rütubətliyin şimaldan-cənuba və eləcədə şərqdən-qərbə (materikin daxili hissələrinə) doğru dəyişilməsində özünü göstərir.
Hələ üçüncü dövrün əvvələrindən başlayaraq Şərqi Asiyada mülayim-isti və rütubətli iqlimin hakimliyi burada bitki örtüyünün zəngin və növcə rəngarəng olmasına şərait yaratmışdır.Dördüncü dövr buzlaşması zamanı Asiya qitəsinin şimal və şimal-şərq hissələrindən sıxışdırılmış Arktika bitki növlərini bəziləri Şərqi Asiyada özünə məskən tapmış və hazırda geniş yayılmışdır.Yuxarıda qeyd etdiyimiz ümumi oxşarlıqlarla yanaşı, Şərqi Asiyanın müəyyən hissələrinin özünəməxsus fərqləndirici cəhətləri vardır.Morfostruktur xüsusiyyəti, iqlim, torpaq və bitkinin yayılmasında müşahidə edilən bu fərqləri nəzərə alaraq, Şərqi Asiya: Cənub-şərqi Çin, Şimal-şərqi Çin və Koreya yarımadası və Yapon adalarından ibarət üç müxtəlif fiziki-coğrafi sahəyə ayrılır.
Dostları ilə paylaş: |