Mühazirə 10: Xarici Asiyanın fiziki-coğrafi rayonlaşdırılması



Yüklə 22,84 Kb.
səhifə6/7
tarix02.01.2022
ölçüsü22,84 Kb.
#42655
növüMühazirə
1   2   3   4   5   6   7
14. Asiyanın fiziki-coğrafi rayonlaşdırılması.

CƏNUB-ŞƏRQİ ÇİN

Şərqi Asiya təbii-coğrafi sahəsinin böyük bir hissəsini əhatə edir.Subekvatorial, subtropik və tropik iqlim qurşaqlarında 180 ilə 410 şm en dairelerinde yerləşir.Şərqdə Bakbo(Tonkin) körfəzi,Çənubi Çin,şərqi Çin və Sarı dənizlərlə , cənubda Viyetnam ,Laos və Birma ilə ,Qərb və Şimal-qərblə Yunan yaylasının qərb qutaracağı ,sıçuan Alpları,Sinlin dağları,lyoss yaylasının şərq qurtaracağı ilə əhatə olunur.Vilayətin şimal sərhəddi Pekin şəhərindən şimalda yerləşən Lyaosi dağlarından keçir.Şərq sahildə yerləşən Tayvan ,Xaynan adaları və bir çox kiçik adalar Cənub-Şərqi Çina daxildir.

Cənubi -Çin massivi uzun müddət çökmə hadisələrinə məruz qalmışdır.Müxtəlif çökəklikləri doldurmuş dəniz çöküntüləri böyük qalığa məruz olub,bilavasitə proterozoy çöküntülərinin üzərini örtür.Çökmə hadisələri və ərazinin inkişafında dəniz rejimi tabaşir dövrünün axırına qədər davam etmişdir.mezozoy erasının ikinci yarısından başlamış yanşan qırışıqlığı Cənub Şərqi Çin ərazisinin müasir formaya düşməsində böyük rol oynamışdır.Şimal-şərqdə Şandun massivi ilə Tayxannan dağları arasındakı geniş sahəni Böyük Çin ovalığı tutur.Sarı dənizə tərəf tədricən alçalan bu düzənlik neogen dövründə əmələ gəlmişdir.Çin platformasının kristallik süxurları üzərində yatan alluvial çöküntülərin qalınlığı burada bir neçe yüz metre çatır.Tayşan dağları ,Şandun massivi,Xuayyanşan və Dabaşan dağları Böyük Çin ovalığında kristallik süxurların səthə çıxmış sahələridir.Ovalığın səthini Xuanxe və Xuayxe çayları çox parçalamışdır.

Böyük Çin ovalığı cənubda tektonik çökmə sahəsində yerləşən Yantsızı çayının orta və aşağı axarı düzənliılərinə keçir.Hər tərəfdən dağ sıraları ilə haşiyələnmiş bu düzənliklərdə göllük və bataqlıq sahələr vardır.

Cənubi Çin massivindən tektonik qırılma vasitəsilə ayrılmış Tayvan adasından dağların hündürlüyü 3950 m-ə çatır.Əsasən kristallik vulkanik süxurlardan əmələ gəlmiş dağ sıralarını qərbdə ensiz düzənlik əvəz edir.Xuynan adasının mərkəzi hissəsini təşkil edən dağlar formaca daha çox Cənubi Çin dağlarınaa oxşardır.Dağların vulkan lavaları ilə örtülmüş şimal yamacları meşə örtüyündən azaddır.

Cənub-Şərqi Çində kontinental və dəniz hava kütlələrinin fəsillərə görə dəyişildiyi musson iqlimi səciyyəvidir.qış aylarında bütün ərazi Sibir antisiklonu ilə əlaqədar olan kontinental hava kütlələrinin təsiri altinda qalır.mulayim qurşaqda yerləşən Böyük Çin ovalığının şimal hissəsindən cənuba doğru hərəkət etdikcə kontinentallıq azalır.

İqlimə xas olan xüsusiyyətlərdən biri də buraya payız aylarında tropik siklonların (tayfunların) daxil olmasıdır.Güclü küləklər və leysan yağışları ilə müşaiyət olunan bu növ dağıdıcı tayfunlar böyük ziyan vurur.

Ərazi sıx çay şəbəkəsinə malikdir.Dünyanın məşhur çayları olan Yantsızı və Xuanxe geniş sahədə bu vilayətin ərazisini yarıb keçərək şərqdə Şərqi Çin və Sarı dənizə tökülürlər.Yantsızı uzunluğu 5530 km ) çayında səviyyə rejimi musson kuleklərindən asılıdı.Yay ayları çayda suyun səviyyəsi qış aylarına nisbətən 20-23 m qalxir.Bu çay Xankoy şəhərinə qədər (2500 km məsafədə) okean gəmilərinin üzməsi üçün yararlıdır.Xuanxe (uzunluğu 4845 km)çayı Yantsızıdan fərqli olaraq çox dəyişkən rejimə malikdir.Geniş məsafədə asan yuyulan lyos çöküntülərinin yayıldığı sahədən axib keçən Xuanxe çayı, ildə 500 mln . m3 asılı material gətirir. Çay tez tez yatağından çıxaraq ətraf düzənlikləri basır və xalq təsərrüfatına böyük ziyan vurur.




Yüklə 22,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin