Mühazirə 10: Xarici Asiyanın fiziki-coğrafi rayonlaşdırılması


İstifadə olunacaq ədəbiyyatlar



Yüklə 22,84 Kb.
səhifə3/7
tarix02.01.2022
ölçüsü22,84 Kb.
#42655
növüMühazirə
1   2   3   4   5   6   7
14. Asiyanın fiziki-coğrafi rayonlaşdırılması.

İstifadə olunacaq ədəbiyyatlar:

1Арманд Д.Л., Добрынин Б.Ф., Ефремов Ю.К., Зиман Л.Я., Мурзаев Э.М., Спрыгина Л.И. Зарубежная Азия. Учпедгиз, М.,1958

2.Власова Т.В. . Физическая география частей света. .Учпедгиз, М.,1966

3.Ермакова Ю.Г., Игнатьев Г.М., Куракова Л.И. и др. Физическая география материков и океанов ( под общей редакцией А.М.Рябчикова), Высшая школа, М.,1988

4.Müseyibov M.A., Çobanzadə M.S. Qitələrin fiziki çoğrafiyası, I hissə, Maarif, 1973

5.www.google.com

6.www.wikipedia.com

Mərkəzi Asiya

Mərkəzi Asiyanın şimal və qərb sərhədi Monqolustan və Çin Xalq Respublikasının SSRİ ilə dövlət sərhəddindən götürülür.Cənub sərhədi SANKPO və Hind çaylarının yuxarı axarındakı dərələrdən keçir.Şərq sərhədi isə Böyük Xinqan dağlarından qərb ətəyi,Tyan-Şan və Tibet yaylasının şərq kənarı üzrə aparılır

Beləliklə Mərkəzi Asiyaya Monqolustan, Cunqariya, Saydam, Tarim, (Təklə-Məkan) çökəklikləri,Bəyşan, Alaşan, Kuzupçi, Ordos,Qobi səhraları, Şərqi Tyan-Şan, Kunlun, Altın-Taq, Nanşan dağları və Tibet yaylası daxildir.Mərkəzi Asiyanın Tibetdən şimalda yerləşən hissəsinə əsil Mərkəzi Asiya deyilir.Tibet yaylası və onu əhatə edən Kunlun, Qaraqorum, Altın-Taq, Himalay dağları isə hündür Asiya adlanır.Asiya qitəsinin daxilində yerləşən bu <<əlçatmaz>> sahənin təbii-coğrafi şəraitinin kompleks şəkildə öyrənilməsi məşhur rus alimlərindən Prjevalski,Potanin,Obrucev,Kozlov,Tyanşanski, və başqalarinin adi ile baglidir.

Son iyirmi ildə sovet geoloq və cografiyaşunaslarindan Sinitsin,Murzayev,Petrov və başqalari mərkəzi Asiyada böyük cografi tedqiqatlar aparmişlar.

Mərkəzi Asiyanin bir cox ələmatdar fiziki –cografi xüsusiyyətləri onu Avrasiyanin başqa sahələrindən kəskin fərqləndirir və bu əlamətdər qitənin digər sahələrində təkrar olunmur.Bunlardan birincisi Mərkəzi Asiya relyefində geniş sahənin dəniz səviyyəsindən 800-1500 metr ucalan yüksək dağlıq yaylalar, böyük səhra və quru çöllər, müxtəlif böyüklükdəki qapalı çökəklər və nəhahət bir-birilə növbələnən yüksək nəhəng dağ sistemlərinin tutmasıdır.

Mərkəzi Asiyanın xüsusuiyyətlərindən ikincisi onun okean və dənizlərdən çox uzaqda yerləşməsi və kənardan yüksək dağ sistemləri ilə əhatə olunmasıdı.Buna görə də şərq,qərb və cənubdan gələn rütubətli dəniz hava axınları Mərkəzi Asiyaya daxil ola bilmir.Bu səbəbdən Mərkəzi Asiyada kəskin kontinental, quru iqlim yaşanmışdır.Bu xüsusiyyətlər özünü ərazinin səth sularında torpaq və bitki örtüyünün yayılmasında aydın göstərir.

Mərkəzi Asiyada ən qədim sahələr Tarim platforması,Çin platformasının qərbində yerləşən Ordos və Tibet massivləridir.Bu platforma sahələrinin özülü yer səthindən müəyyən dərinlikdə yerləşdiyindən kristallik süxurların üzərini müxtəlif dövrlərin xüsusilə üçüncü və dördüncü dövrün çöküntüləri örtmüşdür. Bunun səbəbi Kaynozoyda platforma və massivlər arasında yerləşən dağların çoxu surətlə qalxması və aşınma məhsullarının relyefinin alçaq sahələrində toplanmasıdır. Qədim platforma sahələri arasında və eləcədə onların kənarlarında müxtəlif qırışıqlıq dövründə yaranmış tektonik zonalar yerləşir. Bəyşandan Lyaosi dağlarına qədər (Ordos massivinin şimalından keçməklə ) Baykal qırışıqlığı zonası uzanır. Mərkəzi Asiyada kaledon və hertsin qırışıqlığına aid edilən sturukturlar daha geniş yer tutur.Tyan-Şan dağlarının şimal hissəsi, Monqolustan Xalq Respublikasının şimal və şimal-qərbindəki dağlar, Kunlun, Altın-Taq, Nanşan dağları və s. kaledon, qalan dağlıq sahələr isə hertsin qırışıqlığı zonasında yerləşir. Tibetin orta hissəsini tutan Tibet massivindən başqa onun qalan əraziləri mezozoy qırışıqlığı sturukturundan ibarətdir.


Yüklə 22,84 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin