MühaziRƏ 12. Darti həRƏKƏt vasitəLƏrinin təyinati avtonom qida məNBƏli lokomotivləR–teplovozlar


Avtonom qida mənbəli lokomotivlərin təyinatı və təsnifatı



Yüklə 1,23 Mb.
səhifə2/3
tarix10.01.2023
ölçüsü1,23 Mb.
#78836
1   2   3
Movzu 6 teplovoz

Avtonom qida mənbəli lokomotivlərin təyinatı və təsnifatı

  • Avtonom qida mənbəli hərəkət tərkiblərinə dartı hərəkət vasitələri və avtonom lokomotivlər aid olunur. Avtonom qida mənbəli dartı hərəkət tərkiblərinə paravozlar, teplovozlar, dizel qatarı, avtomatrislər, rels avtobusları, motovozlar və qazo-turbovozlar daxildir.
  • Yük və ya sərnişin daşımalarında reysə hazır vəziyyətdə olan, lokomotivlə vaqonlar dəstinə birlikdə və ya motor-vaqonla birgə tərtib olunmuş hərəkət vasitələrinin yığımına qatar deyilir. Lokomotiv və vaqonlar qatarın tərkibini təşkil edir.
  • Avtonom qida mənbəli lokomotivlərə istilik lokomotivləri də deyirlər. İstilik lokomotivlərini bir-birindən fərqləndirmək üçün onların paravoz, teplovoz, motovozlar və qazoturbovozlar adlandırmaq daha məsləhətdir.
  • lk dəfə lokomotiv sözü buxarla iəşləyən dartı vasitəsinə-paravoza deyilib, sonralar isə yeni tip lokomotivlər istehsal olunduqca lokomotiv sözünün əvvəlinə onları xarakterizə edən terminlər əlavə edilmişdir.
  • Buna görə də avtonom lokomotivlər belə təsnif olunurlar: buxar, dizel, qazturbin, buxarturbin, motolokomotiv-motovoz və s. Motovozlardan başqa bütün avtonom lokomotivlər yerinə yetirdiyi işin təyinatlna və vəzifələrinə görə yük, sərnişin, universal və manevr dartı vasitələrinə bölünürlər.
  • Universal lokomotivlər vəzifələrinə görə sərnişin və yük daşımaları funksiyasını yerinə yetirirlər. Enerji mənbəyi özündə yerləşmiş və yanacağın kimyəvi enerjisini mexaniki enerjiyə çevirən dizel mühərrikli dartı hərəkət vasitəsinə teplovoz-dizel lokomotivi deyilir
  • Enerji mənbəyi özündə yerləşmiş və yanacaqla sıxılmış havanın kimyəvi enerjisini mexaniki enerjiyə çevirən qaz-turbin mühərrikli dartı hərəkət vasitəsinə qazoturbovoz-qazturbin lokomotivi deyilir.
  • Hərəkəti çarxqolu-sürgüqolu mexanizmi vasitəsilə porşenli buxar mühərrikindən (maşını) birbaşa aparıcı təkərlərə ötürən və bunun üçün tələb olunan buxarı özünün buxar qazanında hasil edən lokomotivə paravoz-buxar lokomotivi deyilir. Buxarturbin lokomotivində porşenli buxar maşını əvəzinə buxar turbinindən istifadə olunur.
  • Enerji mənbəyini gücü 300 kVt-a qədər olan daxili yanma mühərrikli avtonom hərəkət vasitəsinə motovoz- motolokomotiv deyilir. Motovozların gücü az olduğundan, onların əsas vəzifəsi sənaye yollarında manevr işlərini aparmaq və az sayda vaqonlarla xidməti təsərrüfat sahələrində iş görmək, yol təmir sahələrinə materiallar daşımaq və lazım gəldikdə elektrik enerji mənbəyi kimi istifadə etməkdir.
  • Avtonom lokomotivlər hərəkətin ötürülmə prinsipinə, seksiyaların sayına, ekipajın tipinə, koleyasının eninə və kuzovunun konstruksiyasına görə təsnif olunurlar. Enerjini aparıcı təkərlərə ötürmələrinə görə avtonom lokomotivlər bilavasitəli, elektrik, hidravlik və mexaniki ötürməli olurlar.
  • İlk lokomotivlərin (buxar və dizel) bilavasitəlı ötürməsi iki formada olmuşdur: teplovozun dizel mühərrikinin dirsəkli valı lokomotivin aparıcı təkəri ilə dişli çarxla, paravozda isə buxar maşını çarx qolu sürgü qolu mexanizmi vasitəsilə aparıcı təkərlərlə. Azərbaycan Dəmir Yolunda TE-3, 2M-62, 2TE-10M, 3TE-10M, ЧME-3 magistral teplovozları və TEM-2, TГM-4A manevr teplovozlarından istifadə olunur.

Yüklə 1,23 Mb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin