Logistikada qablaşdırmanın əsas funksiyaları aşağıdakılardır:
zədələrdən qoruma;
nəqletmə və yükün emalının rahatlığının təmin olunma;
informasiya.
Logistik prosesdə məhsulun zədələnməsinin ən tipik amilləri aşağıdakılardır:
vibrasiya;
yüksək təzyiq;
zərbə;
deşilmə.
Yükün emalı prosesində və ya nəql etmədə məhsul bəzən bütün bu təsirlərə eyni zamanda məruz qalır. Nəql edilmə zamanı yükün qorunmasının ən tipik qorunma metodları bunladır:
strop (ip, buraz);
qayış;
amortizasiya edən palet;
nəqliyyat vasitəsinin kip doldurulması.
Qablaşdırmanın aşağıdakı növləri istifadə edilir:
− kisələr;
− büzmə kartondan qutular;
− konteynerlər;
− ağacdan və plastik kütlədən yeşiklər;
− sisternlər;
− paletlər (altlıqlar);
− termik oturdulmuş qablaşdırma.
Qabların işlənib hazırlanma prosesində mümkün zədələyici təsirlərin nəzərə alınması və bu təsirlərə davam gətirə bilən materialların və konstruksiyaların seçilməsi çox vacibdir.
Tara – qablaşdırmanın növü olub məhsulun yerləşdirilməsi üçün istifadə olunur və nəql etmə, yükləmə-boşaltma, anbarlaşma işləri və saxlanma zamanı zədələnmənin və xarab olmanın qarşısını almaq məqsədi daşıyır. Taraya yeşiklər, çəlləklər, konteynerlər aiddir.
Dostları ilə paylaş: |