Fiziki vəziyyətinə görə: ədədi-taralı, qalaqlanan, toz halında, maye halında, təhlükəli olurlar.
Təhlükəlilik dərəcəsinə görə yüklər: dörd qrupa bölünür:
1) az təhlükəli (tikinti materialları, ərzaq məhsulları, sənaye malları);
2) ölçülərinə görə təhlükəli;
3) tozlanan və qaynar (sement, mineral gübrələr, isti asfalt, bitum);
4) təhlükəli.
Təhlükəli yüklər 9 sinfə bölünür:
1-ci sinif – partlayıcı maddələr;
2-ci sinif – sıxılmış, mayeləşmiş və təzyiq altında həll edilmiş qazlar;
3-cü sinif – tez alışan mayelər;
4-cü sinif – tez alışan bərk maddələr; öz-özünə yanan maddələr; suyla qarşılıqlı təsir vaxtı alışqan qazlar ayıran maddələr;
5-ci sinif – oksidləşdirici maddələr və üzvi peroksidlər;
6-cı sinif – zəhərli maddələr və yoluxdurucu maddələr;
7-ci sinif – radioaktiv materiallar;
8-ci sinif – aşındırıcı (və/və ya) korroziya edici maddələr;
9-cu sinif – başqa təhlükəli maddələr.
Şəkil 1. Təhlükəli yüklərin işarəsi
Təhlükəli yüklərin daşınması, saxlanması və istismar qaydaları xüsusi diqqət və bilik tələb edir. Təhlükəli yüklərin fərqli markalanma elementləri bunlardır:
təhlükə işarəsi;
təhlükəli yükün nəqliyyat adı;
BMT-nin rəqəmli kodu (4 rəqəmli nömrə);
yükün təhlükəliliyinin təsnifat rəqəm kodu və qəza kartının 3 rəqəmli kodu.
Qüvvədə olan qanunvericiliyə görə yüklər aşağıdakı iki şərt təmin olunmaqla daşıma üçün hazırlanmalıdır:
− saxlanma və daşınma vaxtı yükün mühafizəsi və təhlükəsizliyi;
− nəqliyyat tarasının qeydiyyatı, ona nəzarət və onun dövriyyəsi.
Logistik sistemdə yüklərin mühafizəsi, zədələnmədən və xarab olmadan qorunması üçün aşağıdakı vasitələr istifadə olunur:
qablaşdırma;
kipləşdirici elementlər;
bərkidici elementlər.
Qablaşdırma – məhsulun (yükün) saxlanma, nəql edilmə, yüklənib-boşaldılma proseslərini asanlaşdıran, onun zədələnmədən, itmədən, ətraf mühitin təsirindən, çirklənmədən qorunmasını təmin edən vasitə və ya texniki vasitələr kompleksidir.
Dostları ilə paylaş: |