saxlanan məhsula əlçatımlılığına görə: bağlı, açıq;
bağlılıq dərəcəsinə görə: hermetik, qeyri-hermetik;
hermetik tara: izotermik (müəyyən müddət ərzində temperaturu saxlayır) və ya izobarik (verilmiş təzyiqi saxlayır) ola bilər.
Logistik sistemdə qablar və taralar malı aşağıdakı təsirlərdən qoruyur:
zərbələrdən;
titrəyişlərdən;
deşilmədən;
temperatur təsirindən.
Tara və qablara qoyulan əsas tələblər bunlardır:
möhkəmlik;
malın etibarlı qorunması;
çəkisinin az olması;
hazırlanmasına az material sərf olunması;
qiymətinin aşağı olması;
qablaşdırılan malın istifadəsi baxımından universallığı;
ölçülərinin standart olması.
Tara və qablara qoyulan tələbləri bütövlükdə aşağıdakı aspektdən qruplaşdırmaq olar:
a) marketinq;
b) logistik;
c) ekoloji.
Marketinq aspektləri daşıma prosesi ilə birbaşa əlaqəli deyil. Bunlar əsasən istehsalçı (alıcı) üçün nəzərdə tutulur.
Logistik aspektlər sırf yükləmə-boşaltma, saxlanma və daşıma prosesi ilə bağlıdır.
Ekoloji aspektlər iki baxışdan nəzərə alınır. İstifadə olunma və silinmə baxımından. İstifadə baxımından qabların materialları işçilərin sağlamlığına təsir etməməlidir. Silinmə baxımından ətraf mühiti çirkləndirməməli və təkrar istifadəyə maksimum yararlı olmalıdır.
Daşıma zənciri baxımından tara və qabların vacib xüsusiyyəti onların ölçüləri, həcmi və ya çəkisidir. Nəqliyyat logistikasında çalışırlar ki, tara və qabların ölçüsü böyük olsun. Lakin bu ölçülərdə müəyyən optimallıq var.
Daşıma prosesi baxımından tara və qablar bütövlükdə iki qrupa bölünür:
İstehlakçı – marketinq funksiyalarını yerinə yetirir və məhsulun son istifadəçisinə yönəlir;
Sənaye (istehsalçı) – logistik əməliyyatların rahatlığını təmin edir.
İstehlakçı qabları və taraları. İstehlakçı qabları və taraları alıcı üçün nəzərdə tutulur, kiçik ölçülüdür və əsasən daşıma zəncirinin sonunda olur. Burada da daşınan yükün xarakterindən asılı olaraq qablaşdırma formaları seçilir (şüşə və ya plastik butulka, kisələr, paketlər, qutular) və müvafiq etiketlərlə işarələnir (markalanır).
Çox hallarda istehlakçı qablarının konstruksiyası logistikanın tələblərini nəzərə almayaraq istehsalın və satışın ehtiyaclarına yönəldilir. İstehlakçı qabları, adətən, istehlakçının rahatlığı, istehlakçı üçün cəlb edilən olması, ticarət sahələrinin effektiv istifadə olunması və məhsulun zədədən qorunması nöqteyi-nəzərdən hazırlanır. İstehlakçının diqqətini cəlb edən qeyri-adi forma və qabaritli qablaşdırma logistika üçün həmin nöqteyi-nəzərdən ən pisi olur. Hazırlanmış qablaşdırma logistikanın bütün tələblərini nəzərə almalıdır.
Sənaye qabları. Yük emalının effektivliyini artırmaq üçün hazır məhsulu və ya onun ayrı-ayrı komponentlərini daha böyük yük vahidlərində birləşdirir, məsələn, qutularda, kisələrdə, çəlləklrdə və s. Belə yük vahidləri sənaye qabları adlanır.
Sənaye qablarına (o cümlədən konteynerlərə) aşağıdakı əsas tələblər qoyulur:
standartlaşma;
tip ölçülərinin məhdudlaşdırılması.
Bu tələblərin məqsədi saxlanma və nəqletmə prosesləri yerinə yetirildikdə avadanlığın yüksək effektivliyini təmin etməkdir.
Sənaye qabları və taraları yalnız daşıma prosesi üçün, yəni zəncirin orta hissəsi üçün nəzərdə tutulur. Logistik zəncirdə, daşıma prosesində yüklərin bir yerə yığılaraq böyük qablarda daşınması daha əlverişlidir. Görünür ki, qabların konstruksiyasını yalnız logistikanın tələblərinə uyğunlaşdırmaq mümkün deyil. Qablar üçün ideal forma kubdur, lakin belə qablara çox nadir hallarda rast gəlinir.
Dostları ilə paylaş: |