Generatorun əsas xarakteristikası. Generatorların əsas xarakteristikası dedikdə, rəqslərin f-tezliyi, W-gücü və forması nəzərdə tutulur. Çıxışda hasil etdiyi siqnalın formasına görə generatorlar iki cür olurlar, sinisoidal rəqs generatorları və özühəyacanlandırıcı avtogeneratorlar. Yəni sinisoidal siqnal hasil edən gemeratorlar, sinisoidal elektrik rəqsli generatorlar, qeyri sinisoidal generatorlar isə relaksasya generatorları yaxud xaricdən idarə olunan generatorlar adlanır. Bunlara misal olaraq düzbucaqlı siqnal hasil edən multivibratorları göstərmək olar.
Generatorlar tezliyə görə də fərqlənirlər:
infraaşağı tezlikli -hər hansı hersdən 10Hs-ə qədər,
aşağı tezlikli -10Hs-dən 100kHs-ə qədər,
yüksək tezlikli-100Hs-dən 10kHs-ə qədə və
ən yüksək tezlikli -10MHs-dən yuxarı tezlikdə işləyən avtogeneratorlar mövcutdur.
Aşağıdakı şək.1-də generatorun struktur sxemi verilmişdir.
Şəki.1 Generatorun struktur sxemidir.
Genrator (G) gücləndiricidən, yəni qeyri xətti elementdən, β -müsbət əks əlaqə dövrəsindən, QM-sabit qida mənbəyindən və Ry- ükdən ibarətdir. Generatorun gərginliyə görə kompleks güclənmə əmsalı
Ku=Uç/Ug.
və əks əlaqə dövrəsinin ötürmə əmsallını belə təyin edə bilərik .
Dostları ilə paylaş: |