Mühazirə 2 Hovard Qardner



Yüklə 26,71 Kb.
səhifə3/4
tarix02.01.2022
ölçüsü26,71 Kb.
#37817
növüMühazirə
1   2   3   4
Mühazirə 2

Naturalistik dərketmə üsulu insana öz varlıqlarını, ətraf mühiti tanımağa, səciyyələndirməyə və müvafiq xüsusiyyətləri təsvir etməyə imkan verir. Bu əsas bacarıqla bir çox mədəniyyətlərə dəyər verilir, onların rolu səciyyələndirilir.

Mənəvi dərketmə ilə bağlı vəziyyət daha da mürəkkəbdir. Hovard Qardnerə görə, burada problemlər vardır. Mənəvi dərketmənin üstünlükləri olsa da, onların həqiqi dəyərlə bağlılığı hələ sübut olunmamışdır.

Eksiztensional dərketmə əsas məsələlərlə bağlı olub Hovard Qardnerin nəzərdə tutduğu növbəti mümkün dərketmə üsuludur. Bununla belə aparılan tədqiqatların və təcrübələrin nəticələri yürüdülən fərziyyələri tam şəkildə sübut etmir. Bu səbəbdən Hovard Qardner onu öz siyahısına aid etməyi lazım bilmir.

Hovard Qardnerin siyahısındakı sonuncu və məlum namizədi əxlaq dərketməsidir. Bu kəşfdə o, əxlaq sahəsini təsvir etməyə çalışarkən, bu anlayışın hamı tərəfindən qəbul olunmuş şəkildə izahını verməyə çətinlik çəkmişdir. Əxlaq dərkelməsini bütün sahələrin mərkəzində təsəvvür edən Hovard Qardner tövsiyə edir ki, bu dərketmə “heyatın müqəddəsliyini idarə edən davranışlar, münasibətlər va qaydalarla bağlı düşüncələr” kimi qəbul edilsin. Əgər insanlar əxlaq mühitinin mövcudluğunu qəbul edirlərsə, o zaman əxlaqi düşüncədən danışmaq mümkündürmü? Əgər bu hər hansı əxlaq normalarının qəbul edilməsi ilə elaqəlidirsə, o zaman Hovard Qardner əxlaq dərketməsi ifadəsini qəbul olunan hesab etmir. Bundan əlavə o subut edir ki, tədqıqatçılar və müəllimlər hələ əxlaq sahəsinin manasını insan düsüncəsinin nümunəsi kimi təsvir etməmişlər.



Alimin təhlilləri göstərir ki, əxlaqi mühitdə asas məqam birinin digər insanların həyatında kiçik rolunun olması və onun bunu digərlərinə münasibətdə əks etdirməsidir. Bu baxımdan asas vəzifələri yerinə yetirmək, təbii ki, digər dərketmələri tələb edir: fərdi, linqivistik, məntiqi və s. O zaman “əxlaq” şəxsiyyət, fərdilik, iradə və xasiyyət, nəticədə insan təbiətinin yüksək səviyyədə reallizasiyası deməkdir. Beləliklə. Hovard Qardner səkkiz dərketməyə (naturalist dərketməni öz sıyahısına əlavə etmişdir) qapı açdı.

Hovard Qardnerin “Müxtəlif üsullarla dərketmə” nəzəriyyəsi bəzi suallar və problemlər Hovard Qardnerin “Müxtəlif üsullarla dərketmə nəzəriyyəsi» ətrafında problemlər və müxtəlif tənqidi yanaşmalar vardır. Hovard Qardner bununla bağlı əsas sual və cavablardan bəzilərini cavablandırmışdır. Debatlarda qaldırılmış asas üç sual aşağıdakılardan ibarətdir.

Hovard Qardnerin nəzəriyyəsi kriteriləri cavab verirmi? Jon Vayt (1997) Hovard Qardnerə “Müxtəlifuüsullarla dərketmə” nəzəriyyəsində fərddaxili və fərdlərarası dərketmə üsulu ilə bağlı suallar isitqamətləndirmişdir: Məsələn, bütün dərketmə üsulları simvol sistemlerini əks etdirirmi? Dərketmə üsulları necə tətbiq olunmalıdır? Və hansı səbəbdən müəyyən dərketmə üsulları uygun sayılır? Sonuncu və əsas suallarla əlaqədar olaraq Vayt qeyd edir ki, o, Qardnerin yazılarında bunların hamısına cavab tapa bilmir. Hovard Qardner bu suallarla bağlı hesab edir ki, hər kəsin şəxsi mülahizəsi ola bilər.


Yüklə 26,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin