Howard Qardnerin dərketmə haqda təsəvvürü tamlıq təşkil edirmi? Dərketmənin dərketmə testi ilə ölçülə bildiyini düşünməyə adət etmiş alim və tədqiqatçılara Hovard Qardnerin işi həmişə problemli görünəcək. Onlar Qardnerin tədqiqatlarına isnad edərək müxtəlif bacarıqlar arasında əlaqə və tamlıq faktoru ilə razı olmurlar. Hovard Qardner bu fikirlərlə bağlı göstərir ki, dərketmələrin nə dərəcədə əlaqəli olduğunu bilmək hələ mümkün deyil. Dərketmə haqda son fikirlərində Robert Sternberq (I985-1996) Qardnerin bu tip standart dərketmə nəzəriyyəsinə mənfi münasibətini bildirmişdir. O. Hovard Qardnerdən fərqli olaraq dərketmənin komponentli təcrübəyə asaslanan va kontekstual olmasını qəbul edir.
Digər tənqidlər Hovard Qardnerin müəyyən etdiyi spesifik dərketmələr ətrafındadır. Məsələn, mübahisə oluna bilər ki, səs/musiqi və bədən/kinestik dərketməsi istedada daha uyğundur (onları gündəlik hayati ehtiyaclarına tələblərinə uyğunlaşdırmağa ehtiyac olmur).
Hovard Qardnerin fıkirlərini dəstəkləmək üçun kifayət qədər sübutlar varmı? Hovard Qardnerin işlərinə olunan ənənəvi tənqidin səbəbi onun nəinki hərtərəfli və bütöv təcrübəyə, həm də ciddi tədqiqata əsaslanmasındadır. Digər tərəfdən səbəb həm də onun intuisiyalardan çıxış etməsindədir. Hazırda mextəlif dərketmələri dəqiq müəyyənləşdirən və ya ölçən testlər qrupu mövcud deyil.
Bir zaman mən testlər qrupunu hazırlamağın və daha sonra müxtəlif testlərdən qiymətlər arasındakı əlaqəni sadəcə müəyyənləşdirməyi mümkün hesab edirdim. İndi isə inanıram ki, buna yalnız o zaman nail olmaq olar ki, hat dərketməyə müxtəlif ölçülər hazırlasın vəinsanlar materiallarla və hər dərketməni ölçə bilən metodla işləməyə qadir olsunlar (Qardner, 1999)
1990-cı illərin evvəllərində, o, diqqətini fərd olaraq insanın ağlında nələrin baş verdiyinə yönəltmiş, müəyyən olunmuş, dərketmə qabiliyyətlərinə öyrənmənin daha yaxşı yolu kimi nəzər salmağa başlamışdır (Hatç və Qardner, l993).
Yekun
Hovard Qardnerin müxtəlif üsullarla dərketmə nəzəriyyəsi təhsildə geniş istifadə olunur. O, çoxsaylı müəllimlərə öz işilərinə yenidən baxmağa kömək etmiş, uşaqları tədrisdə kurikulumun tələbləri və testdən keçmə məsələləri baxımından çərçivədən kənara çıxmağa həvəsləndirmişdir. Məsələn, Müxtəlif Üsullarla Dərketmə texnologiyaları tətbiq edilən Məktəb layihələrinin nəticələri göstərir ki, SƏT (Standartlara Əsaslanan Test) qiymətləndirilməsində onun böyük əhəmiyyəti olmuşdur. Hovard Qardnerin müxtəlif üsullarla dərketmə nəzəriyyəsi müəllimlərə həmin təcrübəni öz praktikalarında tətbiq etməyə, onları inkişaf etdirməyə, imkanlarını daha da genişləndirmə, insanların öz həyatlarını daha yaxşı qurmağa və yaşamağa kömək etdi.
Mədəniyyət: Müxtəlif şagirdlərə dəstək və çalışqanlıq üçün stimul verir. Müxtəlif şagirdlərin öyrənə biləcəyi və uğur əldə edəcəyi, təhsilin mövcud olduğu və müəllimlər tərəfindən çalışqanlılığın nümayiş etdirdiyi dəyər sistemində fəaliyyət göstərmək.
Hazırlılıq: dərketmə-müxtəlif üsullarla dərketməni tətbiq etmək üçün bazadır. Müxtəlif üsullarla dərketmənin işçilərin tərəfindən başa düşülməsi və şagirdlərin müxtəlif yollarla öyrədilə bilməsinə şərait yaratmaq.
Vasitə: müxtəlif üsullarla dərketmə yüksək iş nümayiş etmək üçün vasitədir, müxtəlif üsullarla dəeketmədən yüksək keyfiyyətli şagird nəticəsi əldə etmək üçün vasitə kimi istifadə etmək.
Əməkdaşlıq: rəsmi və qeyri-rəsmi mübadilə. Əməkdaşlar tərəfındən rəsmi və qeyri-rəsmi şəkildə ideyaların və konstruktiv tövsiyələrin paylaşılması.
Seçim: kurikulum və qiymətləndirmə seçimi. Hər ikisi şagird və daha geniş mədəniyyətlər tərəfındən dəyərləndirilmiş fəaliyyətlərdə kurrikulumun və qiymətləndirmənin tətbiq olunması.
İncəsənət: Uşaqların bacarıqlarını və anlayışlarını təlim prosesində, yaxud sinifdənxaric və məktəbdənkənar fəaliyyətdə inkişaf etdimək üçün incəsənətdən istifadə etmək.