Mühazirə 2 Hovard Qardner



Yüklə 26,71 Kb.
səhifə2/4
tarix02.01.2022
ölçüsü26,71 Kb.
#37817
növüMühazirə
1   2   3   4
Mühazirə 2

Vizual/məkan dərketməsi tanımaq qabiliyyətini və geniş boşluqların və daha məhdud ərazilərin nümunələrini istifadə etməyi əks etdirir.

Fərdlərarası dərketmə digərlərinin niyyətini, motivasiyalarını və istəklərini başa düşmək imkanı ilə əlaqədardır. Bu, insanlara digərləri ilə effektiv işləmək imkanı verir. Müəllimlərin. satıcıların, din və siyasət xadimlərinin və konsulların yaxşı inkişafetdirilmiş insanlararası dərketməsi olmalıdır.

Fərddaxili dərketmə özünü, öz hisslərini, qorxularını və motivasiyasını dərketmə imkanını əks etdirir. Hovard Qardnerin fikrincə. bu üsula aid olanlar özünün effektiv işləmə medelini yaradır və bununla hayatını tənzimləyir.

Hovard Qardner öz “Əqli Çərçivə”sində “fərdi dərketməni” bir hissə kimi nəzərdən keçirmişdir.

Qardner sübut edir ki, yeddi dərketmə nadir hallarda bir-birindən əlaqəsiz baş verir. İnsanlar bacarıqlarını inkişaf etdirdikcə və problemləri həll etdikcə bu dərketmə üsullarından eyni zamanda istifade olunur. Onlar bir-bitlərini tamamlayaraq insanın hərtərəfli formalaşmasını təmin edir. Həqiqətdə Hovard Qardner mübahisə edir kl, müxtəlif üsulla düşünmə haqda iki mühüm iddia irəli sürmək olar.

Bu nəzəriyyə öz-özlüyündə və bütövlükdə insanın idrakı barədə məruzədir. Bu nəzəriyyə insan təbiətinin yeni açıqlamasını dərketmə dili ilə verdi (Qardner, 1999). İnsan varlığı bir qrup bəsit dərketməni nümayiş etdirən orqanizmdir. Nəzəriyyəyə görə, insanlar qarışıq və unikal şəkildə düşünürlər. Hovard Qardner insan resurslarını qarşıya çıxan böyük problemlərin həllində müxtəlif dərketmə üsulları nümayiş etdirən varlıq kimi təqdim edir.

Bu sıraya başqa dərketmə üsullarının da əlavə olunacağı ehtimal edilirmi?

Hovard Qardner «Əqli Çərçivə”sində dərketmələrin orijinal siyahısı yarandığı ilk gündən bəri digər mümkün əlavələrin və ya ixtisarların daxil edilməsi haqda mulahizələr irəli sürmüşdür. Hovard Qardner və onun həmkarları tərəfindən aparılan daha sonrakı tədqiqatlar üç mümkün variantda nəzər salır: naturalist dərketmə, mənəvi dərketmə və eksiztensional dərketmə. O belə yekunlaşdırır ki, bunlardan ilk olanı orijinal yeddi dərketmə siyahısına əlavə ayılır. (Qardner, 1999)




Yüklə 26,71 Kb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin