MühaziRƏ 5 Avropada və Rusiyada pedaqoji fikrin inkişafı Plan


K.D.Uşinskinin pedaqoji görüşləri



Yüklə 59,59 Kb.
səhifə3/5
tarix13.12.2023
ölçüsü59,59 Kb.
#175365
növüMühazirə
1   2   3   4   5
5-muhazire

K.D.Uşinskinin pedaqoji görüşləri.
K.D.Uşinski (1824-1870) 1824-cü ildə Tula şəhərində anadan olmuşdur. Orta təhsilini başa vurandan sonra Moskva universitetinə daxil olmuş, 1844-cü ildə oram bitirmişdir. 1846-cı ildə Yaroslav liseyinə professor təyin edilmişdir. 1848-ci ildə azadlığa meylli mühazirələrinə görə oradan çıxarılmışdır. 1854-cü ildə Uşinski Qatçina yetimlər institutunda müəllim, sonra isə inspektor işləmişdir. 1857-58-ci illərdə onun bir neçə məqaləsi çap olunmuşdur. 1860-61—ci illərdə Xalq maarif nazirliyinin jurnalına redaktorluq etmişdir. Onun “Əməyin psixi və tərbiyəvi əhəmiyyəti”, “Ana dili”, “Müəllim seminariyasının layihəsi” məqalələri həmin jurnalda nəşr olunmuşdur. O beş il xaricdə qalıb qadın təhsili, ibtidai təlim və s. məsələləri öyrənməklə yanaşı “Vətən dili” dərsliyini, “İnsan tərbiyənin predmetidir” adlı məşhur əsərini yazmışdır. O, 1868-ci ildə Rusiyaya qayıtmış və 1870-ci ildə vəfat etmişdir.
Uşinskinin pedaqoji sistemində xəlqilik ideyası əsas yer tutur. Xəlqilik ideyasının əsasını Vətənə dərin məhəbbət, vətənpərvərlik; rus xalqının qüvvəsinə inam; xalq maarifini xalqın özünə tapşırmaq təşkil edir. Onun fikrincə gənc nəslin tərbiyəsi xəlqilik əsasında qurulmalı və uşaqlarda milli iftixar hissi oyatmalıdır. Uşinskiyə görə tərbiyənin məqsədi ictimai və xalq mənafeyini üstün tutan, həqiqətə, xeyirxahlığa can atan həqiqi insan yetişdirməkdir. Uşinski əxlaq tərbiyəsinə yüksək qiymət verir, onun vasitələrini təlim, müəllimin şəxsi nümunəsi, bu nümunəni heç bir proqram və dərsliklə əvəz etmək olmaz, inandırma, yəni əqidəni formalaşdırmaq, düzgün pedaqoji rəftar, rəğbətləndirmə və cəza, rejim, yaxşı adətlərdə qeyd edir.
Uşinskinin pedaqoji sistemində ana dili mühüm yer tutur. Çünki dildə bütün xalq və onun bütün vətəni canlanmış olur. Dildə xalqın mənəvi həyatı, tarixi əks olunur. Nəsillər bir-birini əvəz edir, lakin hər nəslin həyat nəticələri dil vasitəsilə gələcək nəslə irs olaraq qalır. Ana dili məhv olarkən xalq artıq yox olur.
Uşinski əməyə, onun tərbiyəvi əhəmiyyətinə yüksək qiymət vermiş, insanın əməklə ucaldığını və əmək sayəsində sağlam olduğunu zəruri saymışdır. Tərbiyə insanı xoşbəxt etmək istəyirsə, onu xoşbəxtlik üçün tərbiyə etməməli, əmək həyatına hazırlamalıdır. Əmək bəşəriyyətin başı üzərində yanan əbədi şamdır.
Uşinski təlimin məzmunu, prinsipləri, metodları və təşkili yollan haqqında da bu gün üçün əhəmiyyətli olan fikirlər söyləmişdir. O, təlimdə əyaniliyə yüksək qiymət verir və deyirdi ki, uşaq rənglərlə, səslərlə, duyğularla düşünür. Uşağın təbiəti əyanilik tələb edir. Əyani təlim prosesində bütün hiss üzvlərinin işə cəlb olunmasını zəruri sayır və deyirdi ki, əyanilik təlim materialının asan mənimsənilməsinə və uzun müddət yadda qalmasına səbəb olur.
Uşinski müəllimə, onun hazırlığına xüsusi diqqət yetirmiş, pedaqoji fakültələrin açılmasını zəruri saymışdır.

Yüklə 59,59 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin