Mühazirə 5 Elektrostatikanıın əsas anlayışları və qanunları



Yüklə 1,64 Mb.
səhifə1/4
tarix13.12.2022
ölçüsü1,64 Mb.
#74479
növüMühazirə
  1   2   3   4
Mühazirə 5


Mühazirə 5
Elektrostatikanıın əsas anlayışları və qanunları.
Elektrik yükü və onun saxlanması qanunu. Kulon qanunu. Elektrostatistik sahənin intensivliyi. İntensivlik vektorunun seli. Qauss teoremi və onun tətbiqləri. Elektrostatistik sahədə iş. Elektrik sahəsində yükün potensial enerjisi və potensialı. Elektrik sahəsinin intensivliyi ilə potensialı arasında əlaqə.

1. Elektrik yükü nədir?
Elektrik yükü - elektromaqnit qarşılıqlı təsirində olan cisimlərin xassələrini xarakterizə edən, bu qarşılıqlı təsir zamanı qüvvə və enerjinin qiymətini müəyyən edən fiziki kəmiyyətdir.

2. Elektrik yükünün xassələri hansılardır?
a) iki növ elektrik yükü mövcuddur: müsbət və mənfi yüklər. Eyni işarəli yüklər bir-birini itələyir, əks işarəli yüklər isə cəzb edir;
b) elektrik yükü diskretdir, başqa sözlə, kvantlanır. İstənilən cismin yükü elementar elektrik yükünün tam misillərinə bərabərdir;

c) elektrik yükü relyativist invariant kəmiyyətdir, yəni onun qiyməti hesablama sisteminin seçilməsindən asılı deyildir.

3. Elektrik yükünün saxlanması qanunu necədir?
İstənilən izolə edilmiş sistemin elektrik yüklərinin cəbri cəmi, bu sistemin daxilində hansı prosesin getməsindən asılı olmayaraq sabit kəmiyyətdir.


Buna elektrik yükünün saxlanması qanunu deyilir. Elektrik yükünün vahidi 1 klondur.

4. Kulon qanunu necə ifadə olunur?
Vakuumda yerləşdirilmiş sükunətdəki iki nöqtəvi yükün ( və ) qarşılıqlı təsir qüvvəsi yüklərin miqdarı ilə düz, onların aralarındakı məsafənin kvadratı ilə tərs mütənasib olub yüklərin mərkəzlərini birləşdirən düz xətt boyunca yönəlmişdir.
(5.3)
Burada, k - mütənasiblik əmsalı olub, BS - də

- elektrik sabitidir və


Yüklə 1,64 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin