Mühazirə 6 Məktəbəqədər yaşlı uşaqların idraki sferasının diaqnostikası Plan



Yüklə 33,42 Kb.
səhifə1/4
tarix07.05.2023
ölçüsü33,42 Kb.
#109189
növüMühazirə
  1   2   3   4
Mq 19 Mühazirə 6 Psixoloji xidmət və psixoloji praktikum


FƏNNİN ADI:
Təhsildə psixoloji xidmət və psixoloji praktikum
Mühazirə 6
Məktəbəqədər yaşlı uşaqların idraki sferasının diaqnostikası
Plan:

  1. İdrak proseslərinin formalaşması xüsusiyyətlərinin diaqnostikası

  2. Diqqətin xüsusiyyətlərinin diaqnostikası

  3. Hafizənin diaqnostikası

  4. 4.Emosional – iradi sferanın inkişafının diaqnostikası.

  5. Nitqǝqədərki dövrün və nitq sferasının formalaşması xüsusiyyətlərinin diaqnostikası

  6. Hǝrǝki sferanin inkişafı diaqnostikası

Məktəbəqədər yaşlı uşaqların (1-6 yaş) psixoloji müayinəsi onların psixofizioloji inkişaf səviyyəsini, şəxsiyyət baxımından inkişafı gedişini öyrənməkdən, sosiallaşma prosesini izləməkdən və nəhayət, məktəb təliminə funksional hazırlığının səviyyəsini aşkara çıxarmaqdan ibarətdir. Psixodiaqnostika təcrübəsində məkətəbəqədər yaş dövründə uşaqlarla aparılan diaqnostik işlər dörd əsas qrupa ayrılır:
1. İdrak proseslərinin diaqnostikası;
2. Emosional-iradi sferanın diaqnostikası;
3. Nitqəqədərki dövrün və nitq inkişafının diaqnostikası;
4. Hərəki sferanın diaqnostikası.
İndi isə, qeyd olunan qrupların hər biri ilə ayrı-ayrılıqda diaqnostik işin xüsusiyyətlərini nəzərdən keçirək:


1.İdrak proseslərinin formalaşması xüsusiyyətlərinin diaqnostikası
Məktəbəqədər yaşlı uşaqlarda idrak sferasının formalaşması xüsusiyyətlərinin diaqnostikası zamanı uşağın psixi fəaliyyətinin inikası kimi ayrı-ayrı tapşırıqların yerinə yetirilməsinin keyfiyyət və kəmiyyət baxımından təhlili uşaq psixoloqunun diqqət mərkəzində olmalıdır. Bu sahədə əldə edilən nəticə nə qədər əhəmiyyət kəsb edirsə, tapşırığın icrası üçün uşağın fəaliyyətinin təşkili də bir o qədər əhəmiyyət kəsb edir. İdrak proseslərinin diaqnostik göstəricilərinin təhlilində uşağın verilən tapşırığın icrasına marağı, fəallılığı, intizamlılığı, birgə fəaliyyət imkanları, uğursuzluğa münasibəti və öyrənməyə qabilliyi kimi amillər ciddi nəzərə alınmalıdır. Aşağıda uşaqların idrak sferasının inkişafını qiymətləndirməyə imkan verən tapşırıqları və onların yerinə yetirilməsi normativlərini qeyd edirik.

Yüklə 33,42 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin