Mühazirə №7 Makroiqtisadi tarazlığın pozulması və iqtisadi tsikllər nəzəriyyəsi



Yüklə 290,34 Kb.
Pdf görüntüsü
səhifə1/4
tarix19.04.2023
ölçüsü290,34 Kb.
#100360
növüMühazirə
  1   2   3   4
lection 07




Mühazirə № 7
Makroiqtisadi tarazlığın pozulması və iqtisadi tsikllər nəzəriyyəsi
 
İstehlak— tələbatı yaxud ehtiyacı təmin etmək üçün iqtisadi mənbə sərf etməyi nəzərdə tutan 
termindir. 
İqtisadi tsikllər nəzəriyyəsi iqtisadi artım nəzəriyyəsi ilə birlikdə xalq təsərrüfatının hərəkətini 
izah edən iqtisadi dinamika nəzəriyyələrinə aiddir. 
İqtisadi artım nəzəriyyəsi artımın amillərini və şərtlərini uzunmüddətli meyil kimi tədqiq 
edirsə, tsikl nəzəriyyəsi iqtisadi fəallığın zamanda artıb-azalmasının səbəblərini öyrənir. İqtisadi 
tsiklin ümumi qəbul olunmuş nəzəriyyəsi hələ də yaradılmamışdır. 
Bu gün üçün ən məşhur hesab olunan nəzəriyyələr aşağıdakılardır: 
Makroiqtisadi tarazlığın "Xarici amillər" nəzəriyyəsi 
Bu istiqamətin banisi iqtisadi tsiklləri günəş fəallığının 11-illik tsikli ilə bağlayan ingilis iqtisadçısı 
U.S.Cevons (1835-1882) hesab olunur. XIX əsrin 70-ci illərində Cevons bir sıra əsərlərini çap etdirdi 
ki, həmin əsərlərdə o, günəş ləkələrinin məhsuldarlığa, buğdanın qiymətinə və ticarət tsiklinə təsirini 
tədqiq etmişdi. Lakin o, günəş fəallığının tsiklikliyini əsasən kənd təsərrüfatı və ticarətlə 
əlaqələndirirdi. U.S. Cevonsun ardıcılları günəşin tsiklikliyinin təsirini bütün iqtisadiyyata şamil 
etdilər. Belə ki, X.S. Cevons günəş tsiklini məşğulluqdakı artıb-azalmalarla əlaqələndirdi, X.M. Mor 
isə günəş fəallığının ümumi iqtisadi nəzəriyyəsini işləyib hazırladı. 
Yaponiyanın 1885-ci ildən 1984-cü ilə qədər inkişafının tsiklikliyini tədqiq etdi. O, bu nəticəyə gəldi 
ki, bu müddət ərzində doqquz 11-illik günəş tsikli baş vermişdir və onlar Juqlar tsiklləri ilə üst-üstə 
düşmüşlər. Simanaka həmçinin hesab edir ki, Kuznets tsikli iki günəş tsiklinə (22 il), Kondratyev 
tsikli isə beş günəş tsiklinə (55 il) bərabərdir. Xalis monetar nəzəriyyə Tsiklin xalis monetar izahı ən 
dolğun ingilis iqtisadçısı R. Xourtinin (1879-1975) əsərlərində verilmişdir. 
Onun üçün tsikl “sırf pul hadisəsidir”, bu mənada ki, pul axınının dəyişməsi iqtisadi fəallığın 
dəyişməsinin, çiçəklənmə və depressiyanın bir-birini əvəzləməsinin, ticarətdə canlanma və 
sönüklüyün yeganə və kifayətedici səbəbidir. Əmtəələrə pulla ifadə olunmuş tələb (və ya pul axını) 
artanda, ticarət canlanmış olur, istehsal genişlənir, qiymətlər artır. Tələb azalanda, ticarət zəifləyir, 
istehsal azalır, qiymətlər düşür. Pul axını - əmtəələrə pulla ifadə olunmuş tələb - bilavasitə istehlak 
xərcləri, yəni gəlir hesabına xərclərlə müəyyənləşir. 
Qeyri-pul amillərinin bir qismi, məsələn, zəlzələ, müharibələr, tətillər, qıtlıq və s. ümumi 
kasıblaşmaya, başqaları isə, məsələn, məhsuldarlığın dəyişməsi, hər hansı bir sahənin hədsiz inkişafı 
kimi, sənayenin müəyyən sahələrində qismən depressiyaya səbəb ola bilərlər. Lakin tsiklin fazası 
kimi ümumi depressiya, yəni istifadə olunmamış resurslar və işsizliyin ümumi səciyyə daşıdığı 
vəziyyət qeyri-pul amillərinin və ya hadisələrinin, onların istehlak xərclərinin azalmasına, yəni pul 
axınının azalmasına səbəb olduğu hallar istisna olmaqla, nəticəsi ola bilməz. Xalis monetar 
nəzəriyyəyə görə, tsikl pul inflyasiyası və deflyasiyasının kiçik miqyasda dəqiq sürətindən başqa bir 
şey deyil. 
Depressiya tədavüldə pul vəsaitləri cəminin azalması hesabına istehlak xərclərinin azalmasına görə 
yaranır və pulun tədavül sürətinin aşağı düşməsi nəticəsində güclənir. Digər tərəfdən isə



çiçəklənmə fazasında inflyasiya prosesləri üstünlük təşkil edir. Pul axınını sabitləşdirmək mümkün 
olsaydı, iqtisadi fəallığın artıb-azalmaları yoxa çıxardı. Lakin bu baş vermir, çünki pul sisteminə 
qeyri-sabitlik xasdır. 

Yüklə 290,34 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin