Mühazirə 8: Elevatorların konstruksiyaları və layihələndirilmə xüsusiyyətləri


Çalovlu elevatorların əsas elementləri



Yüklə 0,82 Mb.
səhifə3/4
tarix05.12.2023
ölçüsü0,82 Mb.
#173154
növüMühazirə
1   2   3   4
Mühazirə 8

Çalovlu elevatorların əsas elementləri

Çalovlu elevatorun əsas elementlərindən biri çalovdur. Çalovun əsas parametri onun tipii, həndəsi ölçüləri (eni B, aşırımı A və hündürlüyü h) və həcmidir. Çalovun tipi nəql olunan yükün xarakterindən, yükləmə və boşaltma üsulundan asılı olaraq seçilir. Dövlət standartına görə şaquli elevatorlar üçün çalovun dörd növü nəzərdə tutulur. Girdələnmiş dərin Q, girdələnmiş dayaz M, itiuclu yan istiqamətləndiricili O və girdələnmiş yan istiqamətləndiricili C (şəkil 20.7).



Q növü



O
növü



M
növü



C növü



Şəkil 20.7. Çalovların növü

Girdələnmiş dərin çalovlu elevatorlar quru, yüngül səpilən, tozvarı, dənəvarı və kiçik parçalı səpmə yüklərin,girdələnmiş dayaz çalovlardan isə nəm, pis səpilən tozvarı, dənəvarı və kiçik parçalı səpmə yüklərin nəql olunmasında istifadə olunur. Girdələnmiş dərin və dayaz çalovlardan çalovları seyrək yerləşən elevatorlarda istifadə olunur. Onlar qalınlığı 1…6 mm olan polad təbəqələrdən qaynaq və yaxud ştamplama üsulu ilə bəzi hallarda isə çuqundan tökmə üsulu ilə hazırlanır. Sürəttli yeyilmədən qorumaq üçün çalovun qabaq divarına bərk poladdan üstlük qaynaq olunur. Ütiuclu yan istiqamətləndiricili çalovlardan yavaşsürətli lentli və zəncirli elevatorlarda yaxşı səpilən quru, kiçik parçalı səpmə yüklərin nəql olunmasında, girdələnmiş yan istiqamətləndiricili çalovlardan isə yavaşsürətli zəncirli elevatorlarda tozvarı, dənəvarı və parça-parça yüklərin nəql olunmasında istifadə olunur.


Çalovlu elevatorda dartma elementi kimi lentdən və yaxud zəncirdən istifadə olunur. Çalovlar lentə xüsusi başlıqlı bolt vasitəsilə bərkidilir (şəkil 20.8, a). lentin eni çalovun enindən 25…150 mm böyük qəbul olunur. Lentin araqatlarının sayı elevatorun dartma hesabatından tapılır. Lentin hesabı lentli konveyerdə olduğu kimidir, anjaq burada lentin çalovu bərkitmək üçün açılmış yuva ilə zəiflədildiyi nəzərə alınır. Çalovların lentə etibarlı bərkidilməsini təmin etmək üçün lentin araqatlarının sayı əksərən dörddən kiçik götürülmür.

Elevatorlarda dartma elementi kimi addımı 100…630 mm olan lövhəli oymaqlı, oymaqlı-diyirçəkli, oymaqlı-vərdanəli və diametri 16…28 mm olan jubuqlardan hazırlanmış dairəvi bəndli qaynaq zənçirlərindən də istifadə olunur. Zəncirin bu və yaxud digər növünün seçilməsi nəql olunan yükün xarakterstikasından asılı olur. Tozvarı, dənavari abraziv yüklərin, həmçinin kimya sənayesinin yüklərini nəql edərkən, yüklərin oynaqlara düşməsi və korroziya nətiçəsində standart lövhəli zənçirlərin oynaqları öz hərəkətini itirə bilər.
Ona görə də bu zənçirlərdə ox ilə oymaq arasındakı araboşluğu 0,4…0,6 mm böyüdülür. Dairəvi bəndli qaynaq zəncirlərində oynaqlar açıq olduğu üçün nəql olunan yükün oynaqlara düşməsi qorxulu deyildir, ançaq yükün oynaqlara düşməsi zəncirin yeyilməsini sürətləndirir. Odur ki, zənçirin yeyilməsini azaltmaq üçün bəndlərin səthi möhkəmləndirilməsi aparılır.
Zəncirlər çalovlara buçaqlığın köməyi ilə bolt və yaxud pərçim vasitəsilə bərkidilir. Çalovun eni 250 mm-ə qədər olduqda bir dartma zəncirindən istifadə olunur. Bu halda zəncir çalovun arxa divarına ortadan bərkidilir (şəkil 20.8, b). Çalovun eni 320 mm-ə bərabər və yaxud ondan böyük olarsa,onda iki dartma zəncirindən istifadə olunur. Bu halda zənçir çalovlara arxadan və yaxud yanlardan


Şəkil 20.8 Çalovların dartma elementinə
bərkidilməsi üsullar

bərkidilə bilər (şəkil 20.8, b v). Elevatorlarda dartma elementi kimi lentdən və yaxud zəncirdən istifadə olunması elevatorun məhsuldarlığından, yükün qaldırılma hündürlüyündən və nəql olunan yükün xarakteristikasından asılı olur. Lentlər zənçirlərə nisbətən kiçik dartma qabiliyyətinə malikdir, ançaq lentli elevatorlarda sürəti böyük götürmək olur. Ona görə də itisürətli elevatorlarda dartma elementi kimi lentlərdən istifadə olunur. Böyük məhsuldarlıqlarla və yükqaldırma hündürlüyündə, ağır, parça-parça və həmçinin isti yüklərin nəql olunmasında dartma elementi kimi zənçirlərdən istifadə olunur.
Elevatorlarda əksərən reduktorlu intiqal tətbiq edilir. Yavaşsürətli elevatorlarda reduktordan əvvəl pazvari qayış ötürməsindən və yaxud reduktordan sonra dişli çarx ötürməsindən istifadə etmək olar. Lentli elevatorlarda aparan barabanın diametri Da.b çalovun boşaltma üsulundan asılı olaraq təyin olunur və sonra lentin araqatlarının sayına görə yoxlanılır. Dövlət standartına görə barabanın diametri aşağıdakı sıradan götürülür: 250, 320, 400, 500, 630, 800 və 1000 mm. Lentli elevatorun aparan baraban düyümü şəkil 20.9-da, zəncirli elevatorun aparan ulduzçuq düyümü isə şəkil 20.10-da göstərilmişdir.

Şəkil 20.9. Lentli elevatorun aparan baraban düyümu
Lövhəli zəncirli elevatorlar üçün aparan ulduzjuğun dişlərinin sayı Z=5…20 olur. Aparan barabanın və yaxud ulduzjuğun valı öz-özünü düzləndirən yastıqlarda oturdulur.

Şəkil 20.10. Zəncirli elevatorun aparan ulduzjuq düyümu
Dartma elementinin elevatorun dayanan vaxtı aşağıda hərəkətinin qarşısını almaq üçün intiqalda dayandırıjı və yaxud elektromaqnitli tormoz (ağır tipli elevatorlarda) nəzərdə tutulur.
Elevatorlarda vintli, yaylı-vintli və yüklü tarımlıq qurğularından istifadə etmək olar. Bu və yaxud digər tarımlıq qurğusunun seçilməsi dartma elementinin və intiqalın növündən yükün qaldırılma hündürlüyündən asılı olur. Tarımlıq qurğusu aparılan barabanın (ulduzjuğun) valında yerləşdirilir və elevatorun örtüyünün yan divarına bərkidilir. Tarımlıq qurğusunun gedişi 200…500 mm olur. Tarımlıq barabanının (ulduzjuğunun) diametri aparan barabanın (ulduzjuğun) diametrinə bərabər götürülür. Elevatorların örtüyü qalınlığı 2…4 mm olan polad təbəqələrdən hazırlanır. Sərtliyi artırmaq üçün örtük bucaqlıq ilə bürünür. Örtük hündürlüyü 2…2,5 m olan seksiyalarla hazırlanır və bir-birinə bolt birləşməsi vasitəsilə bərkidilir. Örtüyün yuxarı hissəsində boşaltma, aşağı hissəsində isə yükləmə qurğusu nəzərdə tutulur. Xidmət və təmir üçün örtüyün aşağı və yuxarı hissələrində qapılar da nəzərdə tutulur.
Təsadüfən lentin və yaxud zəncirin qırılmasından elevatorun hərəkət edən hissəsinin aşağı düşməsinin qarşısını almaq üçün elevatorda qoruyucu qurğu qoyulur. Zəncirli elevatorlarda qoruyucu qurğu kimi zəncir tutan, lentli elevatorlarda isə çalovun yan səthlərinə sərbəst bərkidilmiş kanat nəzərdə tutulur. Lent qırıldıqda kanat çalovun aşağı düşməsinin qarşısını alır.



Yüklə 0,82 Mb.

Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin