A.Y. Mühazirə 6. Elmi tədqiqat mövzusu üzrə icmal məqalənin hazırlanması. İcmal məqalənin növləri ( mini- and full reviews;narrative and systematic reviews).
27.11.23.
Elmi icmalların yazılması - yazmaq ustalığının ayrıca şaxəsidir və müəllifdən elmi problemi nəinki dərindən dərk edilməsini, hətta informasiyanın tez axtarışı və təhlili, müxtəlif mənbələrdən məlumatların vacibliyi və yeniliyini nəzərə almaqla tənqidi baxımdan ümumiləşdirilməsi üzrə qabiliyyət tələb edir. İcmal məqalənin müəllifi mürəkkəb və həcmli mövzuları nisbətən sadə dildə şərh etməyi bacarmalıdır. Uğurlu icmallar kitab və dərsliklər şəklində dərc olunur, lakin zəif yaxud sadəcə olaraq pis yazılmış işləri oxuyan olmur və sitat da gətirilmir.
Sizin əsərin öz oxuyucusunu tapması üçün kömək edə biləcək bir neçə qayda ilə tanış olaq.
Elmin hansı sahəsində çalışdığınızdan asılı olmayaraq siz tez, yaxud gec elmi ədəbiyyatın icmalının yazılması ilə rast gələcəksiz. Bi işdə tələbat yeni elmi işlənmələr və tədqiqatların daim artan sayı ilə izah olunur. Yeni məlumatların ortaya çıxmasının sürəti və həcmini nəzərə alaraq alimlər özünün və yaxın sahələrin hər yeni məqaləsini fiziki olaraq öyrənə bilməzlər. Buna görə elmi jurnalların redaksiyaları aparıcı alimlərə müntəzəm təklif edirlər ki, onlar öz sahəsində son elmi nailliyyətləri icmal şəklində “kompilyasiya” etsinlər. Və buna baxmayaraq ki, alimə adətən eksperimental nəşrlər nüfüz gətirir, ədəbiyyat icmalları nüfüzun xüsusi nişanıdır və buna görə alimlərin əksəriyyəti icmalların yazılmasına çox ciddi yanaşırlar.
Bilik və əməksevərlikdən başqa icmalın yazılması üçün xeyli təcrübə tələb olunur. Birinci iki keyfiyyət bütövlüklə sizin vicdanınızdadır. Lakin təcrübənin əldə edilməsi üçün praktika və eləcə də aparıcı alimlərin təcrübəsindən götürülən məsləhətlər tələb olunacaq.
Qayda № 1: icmalın mövzusunu və onun auditoriyasını dəqiq müəyyən edin
İcmalın yazılması üçün uğurlu mövzunu necə seçmək lazımdır? Axı istənilən sahədə maraqlı problemlərin sayı ağlasığmazdır. Mövzunun seçilməsi üçün bir neçə məsləhət:
Mövzu şəxsən sizə maraqlı olmalıdır. İdealda siz on son nəşrləri dərhal yada salmalısınız və onların kritik baxılması münasibdir.
Mövzu aktual olmalıdır, daha yaxşı “qaynar”. Bu qabaqcadan sizi böyük sayda material ilə təmin edəcək və sizin icmal oxucuların geniş dairəsinin diqqətinə layiq olacaq.
İcmal gərək dəqiq müəyyən olunmuş problemləri araşdırmalıdır.
Öz məqsədli auditoriyanızı müəyyən edin. Hansı sahənin mütəxəsisləri o jurnalı oxuyur, hansına ki siz icmal yazıb göndərmək niyyətindəsiniz. Nəinki geoloqlara, həm də kimyaçılara, riyaziyyatçılara, müəllimlərə mövzu maraqlı olacaqmı? Öz oxucunuzun səviyyəsini bildikdən sonra bu yaxud digər məsələnin təfərrüatla baxılmasının səviyyəsini müəyyən etmək asan olacaq.
Dostları ilə paylaş: |