Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Mühazirə 5. Akademik yazının redaktəsi.Biblioqrafiya



Yüklə 351,72 Kb.
səhifə20/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   16   17   18   19   20   21   22   23   ...   33
C fakepathMuhazireler Toplusu 20

Mühazirə 5. Akademik yazının redaktəsi.Biblioqrafiya.
Məqalənin kritik oxunması – məqaləyə rəy verilməsi.
13.11.23.

Hər hansı elmi xarakterli yazı işi şərti olaraq üç hissəyə ayrılır: giriş, əsas və yekun. Tələbə elmi işlərinin əksəriyyəti öz quruluşuna görə aşağıdakı elementləri özündə cəmləşdirir:



  • titul vərəqi;

  • mündəricat (məzmunu);

  • giriş;

  • əsas hissə;

  • yekun;

  • istifadə olunan mənbələr siyahısı.

Bəzi işlərdə yeddinci element - əlavələr mövcuddur. Bura cədvəllər, qrafiklər, fotolar və digər əlavə materiallar daxildir.
Titul vərəqi – bu əlyazmanın birinci səhifəsidir, burada başlıqüstü məlumatlar göstərilir, yəni işin yerinə yetirdiyi təhsil müəssisəsinin, fakültənin, kafedranın tam adı, sonra müəllif haqqında məlumatlar, başlıq, başlıqaltı məlumatlar, yəni işin növü qeyd edilir ( kurs, diplom işi), elmi rəhbər haqqında məlumatlar (elmi rəhbərin elmi dərəcəsi, elmi adı, tam soyadı, adı və atasının adı) göstərilir, işin yerinə yetirilən yer və il qeyd edilir. Mündəricat (məzmun) əlyazmanın fəsillərin, paraqrafların və digər rubrikaların və onlar hansı səhifələrdən başlanmasını göstərməklə işin məzmununu açır. Mündəricat işin əvvəlində yerləşir.
Fəsillərin və paraqrafların adları mətndə olan müvafiq başlıqları dəqiqliklə təkrar etməlidir.
Girişdə işdə toxunan problemlər və suallar şərh edilir. Burada mövzunun aktuallığı, yeniliyi, elmi və praktiki əhəmiyyəti müəyyən edilir, onun necə öyrənilməsi göstərilir və bununla da elmi tədqiqatın mövzusunun seçilməsi əsaslandırılır. Girişdə müəllifin qoyduğu məqsədlər və məsələlər dürüst ifadə olunur, tədqiqatın obyekti və predmeti göstərilir; diplom işi üçün – müdafiə olunan müddəalar, alınmış nəticələrin aprobasiyası haqqında məlumatlar qeyd edilir.
Adətən girişin həcmi əsas mətnin həcminin 5-7%-dən çox olmur.
Əsas hissə paraqraflara bölünmüş bir neçə fəsildən ibarətdir. Birinci paraqraf çox hallarda baxılan mövzunun tarixinə yaxud ümumi nəzəri məsələlərinə həsr olunur. Sonrakı paraqraflarda onun əsas aspektləri açılır. Burada nəzəri müddəalar şərh edilir, mübahisəli nəzər nöqtələrin təhlili verilir, buna əsasən müəllifin öz rəyi səsləndirilir və əsaslandırılır, toplanmış faktiki materialın, sənədlərin öyrənilməsinin ümumiləşdirmə nəticələri çərh edilir. Hər fəsilin sonunda qısa nəticələrin verilməsi tövsiyyə olunur.
Yekunda(nəticədə) tədqiqatdan alınmış nəticələr məntiqi ardıcıllıqla şərh edilir, onların təcrübəyə tətbiq olunmasının mümkünlüyü qeyd edilir, mövzu üzərində işlənilmənin gələcək perspektivləri müəyyən edilir. Yekun hissənin həcmi əsas mətnin həcminin 5%-dən çox olmamalıdır.
Ədəbiyyat siyahısına yalnız o ədəbiyyat mənbələri daxil edilir ki, onlar işin yazılması zamanı istifadə olunmuşdur və mətndə yaxud haşiyələrdə göstərilir.
Əlavələrə ayrı-ayrı tarixi sənədlərdən çıxarışlar, əsl sənədlərin nüsxələri, arayışlardan, hesabatlardan, ümumiləşdirmələrdən parçalar, cədvəllər, qrafiklər və digər köməkçi yaxud əlavə materiallar daxil edilir. Bunlar işin əsas hissəsini tutur və onun həcmini artırır. Elmi işin həcmini hesablayarkan əlavələr nəzərə alınmır.
Fəsillərə bölünmə (rubrikasiya) – başlıqların, nömrələnmə və digər vasitələrin istifadəsi ilə mətnin tərkib hissələrə bölünməsinə deyilir. Rubrikalar sisteminə hissələrin, bölmələrin, fəsillərin və paraqrafların başlıqları daxil edilir və, bir qayda olaraq, nömrələnirlər.
Başlıqlar - fəsillər və paraqrafların məzmununu dəqiq əks etdirməlidir, onlarda cəmləşən informasiyanın həcmi nə azalmalı və nə genişləndirilməlidir.
Mətn ilə iş.
Qaralama əlyazısı hazır olduqdan sonra onu emal etmək lazımdır. Əlyazmanın emalı onun məzmununun dəqiqləşdirilməsindən, ədəbiyyat düzəlişindən və tərtibatdan ibarətdir.
İlk əvvəl elmi işin kompozisiyasını, fəsillərin və paraqrafların adlarını, onların yerləşməsini, materialın şərhinin məntiqliyi və ardıcıllığını dəqiqləşdirmək tövsiyyə olunur.
Ədəbiyyat düzəlişini yerinə yetirmək o deməkdir ki, elmi ədəbiyyat üçün səciyyəvi olan dil və üslub nöqteyi nəzərindən əsərin emalı həyata keçirilir.
Tərtibatın düzlüyünün yoxlanılması titul vərəqə, mündəricat, fəsillərə bölünmə, mənbələrə istinadlar, sitatgətirmə, cədvəllər, qrafiklər, istifadə olunmuş ədəbiyyat və mənbələrin siyahısının tərtibi və əlavələrdən ibarətdir.
Elmi dil materialın şərhinin obyektivliyinə yönəldilməsi ilə səciyyələnir. Obyektivliyin təsdiqi üçün mətndə istinad edilir və qeyd edilir ki, bu və digər fikir kim tərəfindən deyilmişdir, istifadə olunan informasiya hansı mənbədə yerləşir. Belə ki, mətndə müəllifliyə işarə olunan giriş sözlər və söz birləşmələri istifadə olunur (...fikrinə görə, ...məlumatlarına görə, ...sözlərinə görə, ...xəbərinə görə, ...verilənlərinə görə).
Müəllifin pozisiyası aşağıdakı sözlərdə ifadə olunur: bizim fikrimizə görə, biz təsəvvür edirik, biz ... nöqteyi nəzərin tərəfdarıyıq və b. Bununla da o, müəyyən elmi məktəbə yaxud elmi istiqamətə aid olan öz fikrini bir qrup alimin nöqteyi nəzəri kimi əks etdirir. Buna görə “mən” əvəzliyin yerinə “biz” işlətmək şərhə bir qədər obyektivlik verir.
Elmi işlərdə sözlərin və sözbirləşmələrinin ümumqəbul olunmuş qısaltmaları istifadə olunur, tez-tez istifadə olunan anlayışları abbreviaturalar ilə əvəz edilir.

  1. Yazı işinin struktur elementlərinin tərtibatı qaydaları.

Tələbələrin bütün yazı işləri kompüterin köməyi ilə MS Word redaktorunda , A4 vərəq formatında (şaquli oriyentasiya) yerinə yetirilməlidir. Burada istifadə olunmalıdır:

  1. Şrift Times New Roman;

  2. Font — 14 ;

  3. İnterval -1;

Şriftin rəngi qara.
Sahələrin eni:

  1. sol - 30 mm;

  2. yuxarı - 20 mm;

  3. sağ - 10 mm;

  4. aşağı - 25 mm.

Bu tələblər işdə olan bütün elementlərə aiddir (titul vərəqə, başlıqlar, cədvəllər, düsturlar, əlavələr).
Təqdimatın tərtibatı
Yazı işinin əlavə şəkil materialı Power Point vasitəsi ilə təqdimat şəklində tərtib edilir.
Təqdimatda diplom işinin məqsədi seçilir, müdafiəyə çıxarılan əsas müddəalar əyani təsvir edilir və tədqiqatın mahiyyətini əks edir.
Təqdimatın slaydları yazı işində olan materiala identik olan qrafiki materialdan ibarət olmalıdır. Təqdimat məntiqi əlaqələndirilmiş slaydlar ilə tərtb olunur.
Titul slaydı aşağıdakı məlumatı özündə cəmləşdirməlidir:

  1. Ali təhsil müəssisəsinin adı;

  2. Buraxılış kafedrasının adı;

  3. Işin mövzusu;

  4. Müəllifin S.A.A.;

  5. İşin rəhbərinin S.A.A.



Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin