Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri


Qayda № 4: İcmalın növünü müəyyən edin



Yüklə 351,72 Kb.
səhifə23/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   19   20   21   22   23   24   25   26   ...   33
C fakepathMuhazireler Toplusu 20

Qayda № 4: İcmalın növünü müəyyən edin
Əgər siz ədəbiyyatı oxuyarkən hər zaman qeydlər etmisinizsə, onda bu proses qurtardıqda siz gələcək icmalın təqribi həcmini təsəvvür edə biləcəksiniz. İcmal janrının iki növü mövcuddur – mini və tamölçülü icmal. Bəzi jurnallar hazırda son illərin nəşrlərinə fokuslanmış qısa icmalları nəşr etməyi üstün tuturlar və bununla sözləri və sitatları məhdudlaşdırırlar. Mini icmal keyfiyyətsiz demək deyildir -daha doğrusu əksinə, bu lakonik və tutumlu məqalədir, müasir təsəvvürlərin konsentratıdır və öz kiçik həcmi ilə oxucuların diqqətini cəlb edir. Mükəmməl mini icmalı yazmaq üçün siz həqiqətən yazıma qaydalarını məharətlə bilməlisiniz. Mini icmalların qüsuru ondadır ki, bəzən bir para problemlər həcmin məhdud olduğundan sadələşmiş şəkildə təqdim olunur. Qeyd edək ki, tam ölçülü icmalın şübhəsiz üstünlükləri var: siz daha çox məlumat istifadə edə bilərsiz və hansı təfsilatı vacib və maraqlı hesab edirsinizsə onların üzərində dayanmağı özünüz seçirsiniz.
İcmalları eləcə də təsvir edici və konseptual növlərinə təsnif etmək olar. Təsvir edici icmallar metodologiyaya, hər bir tədqiqatın axtarışı və interpretasiyasına fokuslanırlar – bu müasir məlumatların vicdanlı konspektidir.
Konseptual icmalların müəllifləri isə nəşr olunmuş materialların bütün massivindən çıxan yeni ideyaları və konsepsiyaları irəli sürürlər. Yaxşı konseptual icmal yazmaq üçün gərək öz sahənizdə böyük təcrübəyə malik olmalısınız. Yadınızda saxlayın: təsvir edici icmallar, bir qayda olaraq, daha az vaxt və güc tələb edir.
Qayda № 5: Problemə müxtəlif bücaqlar altında baxın
Hansı icmalı yazmaqdan asılı olmayaraq siz yazmağı planlaşdırırsız və müəyyən problem üzərində diqqətinizi cəlb edirsiniz. Lakin təhlil zamanı gonşu sahələrdən məlumatları da istifadə etmək faydalı olar. Məsələn, əgər siz immunologiya üzrə icmal yazırsınız, onda epidemioloqların, sitoloqların, həkimlərin və biokimyaçıların materiallarını daxil edin. Bu yaxud digər problemin müxtəlif səviyyələrdə baxılması – molekullardan populyasiyalara qədər – materialı daha əyani və geniş təqdim etməyə imkan verəcək. Belə bir iş oxucuların əksəriyyəti üçün maraqlı olacaq.

Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin