Şəkil. Prezentasiya fazaları.
Dinləyiciləri çıxışa maraqlandırmaq üçün auditoriyada oturanların orta bilik səviyyəsi prezentasiyanın hazırlanması zamanı nəzərə alınmalıdır. Bu nə qədər dəqiq aparıla bilərsə, bir o qədər də maraqlı çıxışa nail olmaq olar. Çıxış zamanı verilmiş vaxt limitinə riayət olunmalıdır. Birinci dəfə çıxış edənlərə öncədən sınaq çıxışını məşq etmə məsləhət görülür. Vaxtın uzadılmasına yol verilsə də, o dinləyicilərdə müsbət fikir yaratmır. Sonda vaxt darlığını hiss edən məruzəçi danışıq tempini artırmaqla vaxtı idarə edə bilər.
Hazırlıq zamanı aşağıdakı köməkçi suallardan istifadə etmək məsləhət görülür:
Kimlər prezentasiyada iştirak edəcəklər (iş yoldaşları, elmi işçilır, konfrans iştirakçıları və s .) ?
Publikanın xüsusi bilik səviyyəsi necədir? Hansı sahələrə üstünlük vermək olar?
Prezentasiya üçün hansı köməkçi vasitələrdən istifadə etmək olar? (Proyektor, bimer, poverpoint, flipçart, və s.).
Prezentasiya üçün nə qədər vaxt ayrılıb?
Sonda muzakirə nəzərdə tutulubmu?
Şifahi prezentasiyanın elementləri
Hər bir çıxış müəyyən tələblərə cavab verən bir neçə hissədən ibarətdir. Çıxış hissələri aydın dərəcədə ayırd edilə bilən olmalıdır:
Başlıq: Bu yalnız dinləyicilərdə maraq oyatmaq üçündür, işin məğzini tam ifadə etməməlidir. O, imkan daxilində cəlbedici və qısa formulə edilməlidir.
İşin strukturu: Publika çıxış zamanı gözlənilən informasiya axınının ardıcıllığı haqqında məlumat alır. Çıxış prosesində mündəricatın təkrarən göstərilməsi dinləyicinin orientasiyasına kömək edir.
Giriş: Burada araşdırılan elmi sahə, əsas problem və elmi işin məqsədi müəyyən olunur.
Material və metodlar: Metodiki elmi işlərdə, izahı vacib olan, hər bir detala yanaşmalar dəqiq göstərilir.
Nəticə və müzakirə: Bu hissədə əsas nəticələr, əldə olunan faktların təhlili və interpretasiyalar çox kiçik sayda misallar əsasında publikaya izah edilir.
15 dəqiqəlik şifahi prezentasiya üçün misal: Maksimum 9 slayd nəzərdə tutmalı: 1. Titul slaydı; 2. Mündəricat; 3. Giriş; 4. Material və metodlar; 5-8. Nəticələrin köməkçi vasitələrlə vizuallaşdırılması; 9. Nəticə/Xülasə. Çıxış, publikaya diqqətinə görə minnətdarlıqla tamamlanır və bir neçə sözlə müzakirə açıq elan edilir.
Dostları ilə paylaş: |