İcmal məqalələr nə üçün yazılır?
İcmal məqalənin hazırlanması və nəşr edilməsi müəllifə öz elmi görüş dairəsini genişləndirməyə kömək edir. İcmal məqalələrə nəşriyatlar və oxucu auditoriya tərəfindən yaxşı tələbat mövcuddur. İcmal məqalənin mövzusunu öz elmi maraqlar sahəsinə uyğun seçin. Bu öz işinizdə yeni bir şeyi öyrənməyə, dərk etməyə, bəlkə də kəşf etməyə daha yaxşı kömək edəcək. Oxucular üçün icmal maraqlı, faydalı və xoşagələn olsa, onda bu sizin işlərə istinadların çoxalmasına gətirəcəkdir. Bu isə sizin Xirş indeksinizi (h –indeks) artırmağa imkan verəcək.
A.Y.Mühazirə 8. Elmi tədqiqat haqqında təqdimatların hazırlanması.
25.12.23
ELMİ İŞLƏRİN NƏTİCƏLƏRİNİN PREZENTASİYASI
Elmi işlərin qoyulmuş tələblərə uyğun hazırlığından sonra o mütəxəssislərdən ibarət komissiya qarşısında şifahi müdafiə olunmalıdır. Ali təhsil ocaqların profilindən və qoyulmuş məqsədindən asılı olaraq elmi işlərin prezentasiyasına müxtəlif yanaşmalar ola bilər. Ancaq ümumilikdə aşağıda izah olunan mərhələlər çox zaman bütün elm sahələri üçün xasdır.
Əlbəttə ki, uğurlu prezentasiyanın incəlikləri öyrənilməlidir. Ali təhsili başa vurduqdan sonra elə sahə yoxdur ki, mütəxəsis fəalliyyəti zamanı hər hansı bir işin nəticəsini prezentasiya etməsin. Bəziləri bunu hər gün, digərləri isə işdən asılı olaraq lazım gəldikdə icra edirlər. Prezentasiyanın əsas üsulları təhsil prosesində tədris olunur. Ona görə də, tələbələr əsasən ali məktəbdə keçirilən seminarlarda və həmçinin elmi işlərin nəticələrinin təqdimatında prezentasiya texnikasına yiyələnmək imkanından geniş istifadə edərək publika qarşısında inamlı, kompetensiyalı və inandırıcı çıxış vərdişlərinə yiyələnə bilər.
Təqdim olunan işin bu bölməsində layihə, diplom və dissertasiya işlərinin müdafiəsindən, elmi tədbirlərdə moderasiyanın vacibliyi, müzakirələrdə lazım olan məlumatların mənimsənilməsindən ibarət ritorik üsullardan söhbət açılır. Elmi işlərin prezentasiyası təhsil prosesinin tərkib hissəsi sayılır. Buna hərtərəfli hazırlıq və sərbəst çıxışetmə qabiliyyəti elmi nəticələrin dəqiq və yığcam təqdim edilməsi qədər vacibdir. Prezentasiyalar ritorik qabiliyyət və prezentasiya texnikasından mükəmməl istifadə vərdişlərini tələb edir. Şifahi çıxış zamanı müəlim və ya digər dinləyicilər kiçik zaman kəsiyində elmi prezentasiyadan araşdırılan bütün elmi aspektlər haqqında qısa və yığcam məlumat əldə etmək istəyirlər. Kompakt çıxış dəqiq planlanmalıdır. Burada, işlənmiş mətnin sadəcə slaydlara köçürülməsi ilə işi bitmiş hesab etmək olmaz. Çıxışın məzmunca hazırlığı ilə bərabər çıxış zamanı aydın və maraqlı danışmaq qabiliyyəti uğurlu çıxışın tərkib hissəsidir.
Dostları ilə paylaş: |