Mühazirə Akademik yazının xüsusiyyətləri. Akademik yazının növləri



Yüklə 351,72 Kb.
səhifə26/33
tarix07.01.2024
ölçüsü351,72 Kb.
#210623
növüMühazirə
1   ...   22   23   24   25   26   27   28   29   ...   33
C fakepathMuhazireler Toplusu 20

İcmal məqaləni yazmaqdan qabaq icmalın formasını seçin. Onlar aşağıdakılardan ibarətdir:

  • ətraflı icmal – bu biblioqrafiyaya olan şərhlərdir və onlar konkret suala professional cavab vermək üçün dəqiq ətraflı informasiyanı vermir;

  • təsviri icmal  daim inkişaf edən elmi biliyin bu günkü vəziyyəti haqqında təsəvvür yaradır və təhsil müəssisələrində faydalı material kimi qəbul olunur;

  • qiymətləndirici icmal - bu elm və cəmiyyət üçün elmi nəticələrin qiymətləndirilməsidir;

  • konkret problem üzrə ədəbiyyat icmalı.

Sonra məqalənin hazır olunmasına kömək edə biləcək ssenari hazırlanmalıdır. Bu ssenari, icmalın mətnindən qabaq hazırlanır ki, yazılma zamanı məntiqə riayət olunsun. Ssenari elmi məqalənin strukturuna uyğun olan acıqlanmış ətraflı plana bənzəyir.
İcmalların tərtibində daha çox yayılmış zəyif cəhətlərdən biri məqalələrdə məntiqi strukturun olmamasıdır. Müəllif əgər çərh olunmanın elmi üsulunu bilirsə, onda onun ayrı-ayrı hissələri harmoniya və məntiq baxımından uyğunlaşdırılacaqdır.
Baxılması lazım olan əsas bölmələr və onların qaydası müəyyən olunduqdan sonra, məqalənin tezisini onun struktur təşkili baxımından baxmaq zəruridir.
İcmal məqalənin strukturu
İcmal məqalə - bu elmi məqalədir və onun elmi dövri mətbuatda qəbul olunmuş strukturu olmalıdır. Buna görə icmal məqalələr aşağıdakı struktur elementləri özündə cəmləşdirir:

  • Adı. Vacib elementdir və oxucunu maraqlandırmaləıdır.

  • Annotasiya. Annotasiyada iş haqqında qısa təssəvvür verilir. Annotasiyanın yazılma zamanı müəllif yaxşı təsəvvür etməlidir ki, məqalə nədən bəhs edəcək və oxucu üçün orada maraqlı və vacib nə ola bilər.Bəzi müəlliflər bu bölmənin yazılmasını işin sonuna saxlayırlar. Lakin siz işdə əks olunacaq bütün ideyaları aydın görürsünüzsə, onda onu əvvəl də yazmaq olar. Onu da bilin ki, annotasiyanı yazmaq da çətindir, oxumaq da, çünki onun hyəcmi 200 söz ilə hüdudlanır.

  • Giriş. Giriş oxucunun vaxtını qənaət edərək ona işin strukturu və elementlərin qarşılıqlı əlaqəsi haqqında informasiyanı verir. İcmalın ayrı-ayrı bölmələri oxucunu maraqlandırsa – o məhz onları oxuyacaqdır.

  • Əsas hissə. Yadda saxlayın, icmal məqalə biblioqrafik icmal deyil. Sizin vəzifəniz – elmi problemin öyrənilmə səviyyəsini göstərməkdir, baxılan problem üzrə dərc olunmuş işlərin mümkün qədər kritiki qiymətləndirilməsi və bu işlər əsasında nəticələr əldə etmək.

  • Nəticələr. İcmal məqalənin nəticələri – sonrakı tədqiqatlar üçün yaxud konkret problemlərin həlli üçün elmi innovasiyaların tətbiqi haqqında tövsiyyələrdir.


Yüklə 351,72 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin