Əyanilik prinsipi.
Bu prinsip təlimi mücərrəd sözlər üzərində deyil, ha
belə konkret şeylərə və hadisələrə əsaslanaraq qurmağı nəzərdə tutur. Əyanilik idrak prosesinin öz təbiətindən irəli gəlir: idrak prosesi canlı müşahidədən – fakt və hadisələrin qavranılmasından başlanır. Əyanilik konkretlə mücərrədin vəhdətini təmin edir, mücərrəd təfəkkürün, obrazlı nitqin inkişafı üçün zəmin yaradır, konkret faktların ümumiləşdirilməsinə imkan verir, biliyin tez və möhkəm mənimsənilməsinə kömək edir.
Əyanilik prinsipinin tətbiqində müəyyən qaydaları gözləmək lazımdır:
- təlimdə tələbələrin hissi təcrübəsinə istinad etmək;
- tələbələrin təsəvvürlərinin genişləndirilməsi və dərinləşdirilməsi üçün şərait yaratmaq (müşahidələr, faktların təhlili və müqayisəsi və s.);
- əyaniliyin universallaşdırılmasına yol verməmək, təlimdə onu müəyyən ölçüdə
(təsəvvür zəif olduqda) tətbiq etmək;
- əyaniliyin müxtəlif növlərindən əlaqəli şəkildə istifadə etmək.
Dostları ilə paylaş: |