Təlimin təhsilverici, tərbiyəedici və inkişafetdirici prinsipi.
Bu prinsip təlim də öyrətmə, tərbiyə və psixi inkişaf vəzifələrini vəhdətdə həyata keçirməyi nəzərdə tutur. Təlim özlüyündə birbaşa tərbiyəedici və inkişafetdirici təsir göstərmir; bu məqsədlə təlimi xüsusi istiqamətləndirmək lazımdır. Müəllim təlimin imkanlarından (məzmun, metod, təşkili forması və s.) istifadə edərək tələbələrdə ideya-mənəvi keyfiyyətlər, nəcib hisslər aşılamaq, psixi prosesləri inkişaf etdirmək qeydinə qalmalıdır.
Bu prinsipin tətbiqi üçün müəyyən qaydalara əməl etmək lazımdır:
- təlimdə biliklərin keyfiyyətinə (sistemliliyinə, dərk olunmasına) diqqət yetirmək;
- keçilən bilikləri bir-birilə əlaqələndirmək (fəndaxili, fənlərarası əlaqələr);
- yeni biliklərə tələbat, maraq yaratmaq;
- təlimin imkanlarından tərbiyə və psixi inkişaf üçün səmərəli istifadə etmək.
Dostları ilə paylaş: |