4. Təlimin qanunları və prinsipləri
Təlimin özünəməxsus qanunları vardır. Onların dərk edilməsi və düzgün nəzərə
alınması təlim prosesinin səmərə və keyfiyyətini artırmağa, onu elmi əsasda idarə
etməyə imkan verir. Əksinə, bu qanunlara laqeyd yanaşdıqda təlim kortəbii xarakter daşıyır, lazımi nəticə vermir.
Təlim prosesini düzgün idarə etmək üçün, ilk növbədə, “qanunauyğunluq”, “qanun”, “prinsip” və “qayda” məfhumlarının mahiyyətini yaxşı başa düşmək la
zımdır. Təlimin qanunauyğunluqları dedikdə, bu prosesə obyektiv şəkildə xas olan ümumi, mühüm, sabit və təkrarlanan əlaqələr, səbəb-nəticə asılılıqları başa düşülür. Təlimin qanunları bu proses də özünü göstərən qanunauyğun əlaqələrin mahiyyətinin aydın, dəqiq, məntiqi ifadəsidir.
Təlimin qanunları təlim prinsiplərində öz əksini tapır.
Dostları ilə paylaş: |