Mühazirə Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti, qanun və prinsipləri. Plan: Ali məktəb didaktikasının predmeti, kateqoriyaları və vəzifələri


Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları



Yüklə 77,92 Kb.
səhifə5/20
tarix12.05.2022
ölçüsü77,92 Kb.
#57655
növüMühazirə
1   2   3   4   5   6   7   8   9   ...   20
5 Ali məktəb didaktikasının predmeti. Təlim prosesinin mahiyyəti,

3. Təlim prosesinin metodoloji və elmi-nəzəri əsasları

Təlim prosesinin metodoloji əsasını fəlsəfənin idrak nəzəriyyəsi təşkil edir.

İdrakdünyanın insan şüurunda əks olunması prosesidir. Bu proses üç pillədən keçir: hissi idrak, məntiqi idrak, praktika. Dünyanın dərk olunması hissi idrakdan başlayır: hiss üzvlərinin köməyi ilə insanda ətraf aləm haqqında duyğular, qavrayış və təsəvvürlər yaranır. Bu yolla əldə olunan faktik materiallar (qavrayış və təsəvvürlər) məntiqi idrak

da –mücərrəd təfəkkürdə təhlil olunur, ümumiləşdirilir.

Mücərrəd təfəkkürdə çıxarılan nəticələr praktikada yoxlanılır; praktika – biliklərin həqiqiliyinin əsas meyarıdır.

Təlim prosesi də idrakın bir növüdür.

Tələbənin (şagirdin) öyrənmə yolu bir çox cəhətdən idrak yoluna əsaslanır. Bunu sxematik olaraq nəzərdən keçirək.

İdrak yolu Canlı müşahidə mücərrəd təfəkkü praktika

Təlim yolu Qavram anlama tətbiqetmə möhkəmlətmə

Göründüyü kimi, tələbənin təlim (öyrənmə) yolu idrak yoluna müvafiqdir. Lakin

onunla tam eyni deyildir; müəyyən fərqli cəhətləri, özünəməxsus xüsusiyyətləri vardır.

Bu fərqi idrak məqsədində(alim yeni qanunları üzə çıxardır,tələbə isə elmə məlum olan bilikləri öyrənir), idrak pillələrinin sistemində (elmi idrakdan fərqli olaraq təlimdə pillələrin ardıcıllığı dəyişir, möhkəmlətmə pilləsinə ehtiyac duyulur), idraka rəhbərlik işində (alimdən fərqli olaraq tələbənin idrak fəaliyyəti müəllimin rəhbərliyi altında gedir) və s. özünü göstərir.




Yüklə 77,92 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin