Təlimin funksiyaları. Təlim üç başlıca funksiyanı (latınca functio–“icra”, “fəaliyyət” deməkdir) yerinə yetirir: təhsilverici, tərbiyəedici və inkişafetdirici funksiyalar.
Təhsilverici funksiya
– tələbələrə sistemli elmi biliklər, bacarıq və vərdişləraşılamaqda ifadə olunur.
Təlimin tərbiyəedici funksiyası təlim prosesindən həm də tərbiyə məqsədi ilə
istifadə etməyi nəzərdə tutur. Tərbiyə funksiyası həm təlimin məzmunu ilə, həm də
təşkili metodları, müəllimin şəxsi nümunəsi və ünsiyyət vasitəsilə həyata keçirilir.
Təlimin inkişafetdirici funksiyası təlim prosesində tələbələrin zehni qüvvələrini,
qabiliyyətlərini, psixi proseslərini (diqqət, nitq, təfəkkür, hafizə, təxəyyül və s) inkişaf etdirməkdə ifadə olunur. Təlim özlüyündə psixi proseslərin inkişafını təmin etmir; bunun üçün təlimi xüsusi istiqamətləndirmək lazımdır.
Təlim prosesinin göstərilən funksiyaları bir-birindən ayrılıqda yox, qarşılıqlı əlaqədə, həm də kompleks halında həyata keçirilməlidir. Yalnız bu şərtlə müəllim tələbələrin şəxsiyyət – Vətəndaş və mütəxəssis kimi formalaşmasına, psixi inkişafına kömək göstərə bilər.
Dostları ilə paylaş: |