(özünütəlqin),
özünənəzarət,
özünəhesabat,
özünütərif,
özünütənqid,
özünüqiymətləndirmə daxildir. Gəncləri özünütərbiyə vasitələri ilə tanış etmək, bu işə
həvəsləndirmək lazımdır. Tərbiyə prosesi,
bir qayda olaraq, yenidəntərbiyə ilə
müşayiət olunur. Yenidəntərbiyənin əsas şərtləri mənfi keyfiyyətləri doğuran səbəbləri
aradan qaldırmaqdan, insanın münasibətlər
sistemini dəyişməkdən, kollektivin
tərbiyəvi
rolunu gücləndirməkdən, insanda özünə inam yaratmaqdan, stimullaşdırıcı
tərbiyə metodlarına istinad etməkdən, insanı özünütərbiyə işinə qoşmaqdan ibarətdir.
Tərbiyə prosesinin əsas mərhələləri. Tərbiyə prosesi aşağıdakı mərhələlərdə qurulur:
- düzgün davranış normaları və tələbləri ilə tanışlıq;
- həmin norma və tələblərə münasibətin formalaşdırılması;
- düzgün davranış motivlərinin və arzusunun aşılanması;
- ictimai davranış normalarına baxış və əqidənin formalaşdırılması;
- düzgün davranış təcrübəsinin, adətlərinin yaradılması;
- tərbiyənin
özünütərbiyəyə keçməsi, insanda özünütərbiyə tələbatının yaranması.
Tərbiyə prosesi bu mərhələlərlə qurulduqda şəxsiyyətin formalaşması və inkişafını
planlı və mütəşəkkil qaydada həyata keçirmək mümkündür.
Dostları ilə paylaş: