dialektik səciyyə daşıyır. Tərbiyə prosesinin dialektikası onun ziddiyyətli olmasında
özünü göstərir. Ziddiyyətlər və onların həlli tərbiyə prosesinin
əsas hərəkətverici
qüvvəsi kimi çıxış edir. Ziddiyyətlər xarici və daxili olmaqla iki qrupa bölünür. Xarici
ziddiyyətlər cəmiyyətin tələbləri ilə şəxsiyyətin imkanları və tərbiyə səviyyəsi
arasındakı ziddiyyətlərlə bağlıdır. Daxili ziddiyyətlər tərbiyə prosesinə daxilən xas
olan ziddiyyətlərdir, onun komponentləri arasındakı uyğunsuzluqlardır.
Əsas daxili
ziddiyyət insanın mənəvi tələbatları ilə onları ödəmək imkanı arasındakı ziddiyyətdir.
İnsan öz tələbatını ödəmək üçün yeni yollar axtarır; yeni vasitələrə, üsullara,
əməliyyatlara, biliyə və bacarığa yiyələnir. Bu zəmində insan tədricən həyatı,
başqa
adamları, özünü dərk edir, yeni-yeni təsəvvürlərə yiyələnir. Onun motivləri,
münasibətlər sistemi formalaşır,
əxlaqi keyfiyyətləri, mənlik şüuru inkişaf edir.
Tərbiyədə ziddiyyətlərin yaradılması və həlli ahəngdar şəxsiyyət tərbiyəsinin vacib
şərtidir. Əks halda «saqqallı uşaqlar» yarana bilər.
Dostları ilə paylaş: