-
Nəzarət, özünənəzarət və özünəqiymət priyomları: gəncə müəyyən işi yoxlamağı,
hər hansı məsələyə nəzarət etməyi etibar etmək, qəbahəti qrupda müzakirə edib
qiymətləndirmək və s. Tərbiyə işində bütün metod və priyomlardan qarşılıqlı
vəhdətdə, bir sistem halında istifadə etmək lazımdır. Tərbiyə vasitələri sistemindən
ayrılıqda götürülən heç bir metod və priyom lazımi səmərə verə bilməz; o, bir halda
yaxşı, başqa halda pis nəticə verəcəkdir. Tərbiyəçi konkret şəraitdən, gəncin yaş və
fərdi xüsusiyyətlərindən çıxış edərək, hər bir şərait, konkret fərd üçün ən münasib
(optimal) metodlar seçib, onları yaradıcı tətbiq etməlidir.
Dostları ilə paylaş: