yoldaşlıq və dostluq kimi keyfiyyətlər tərbiyə edir. Fiziki tərbiyə insanı
əməyə və
Vətən müdafiəsinə hazırlayır. O, estetik tərbiyə ilə də sıx bağlıdır. Fiziki tərbiyənin
məqsədi fiziki cəhətdən sağlam, gümrah nəsil tərbiyə etməkdən, onları əməyə
və fəal
ictimai həyata hazırlamaqdan ibarətdir. Bu ümumi məqsədə nail olmaq üçün fiziki
tərbiyə qarşısında aşağıdakı konkret vəzifələr durur:
a) gənc nəslin normal fiziki inkişafını və sağlamlığını təmin etmək;
b) gənclərə həyat üçün zəruri olan bacarıq və vərdişlər (düzgün yeriş, qaçış, tullanmaq,
üzmək və s.) aşılamaq;
c) gənclərdə bədən tərbiyəsi və idmanla müntəzəm məşğul olmağa tələbat yaratmaq;
ç) iradi-mənəvi keyfiyyətlər (dözümlülük, çeviklik, cəldlik, qüvvə) tərbiyə etmək.
Fiziki tərbiyənin məzmunu “Əməyə və müdafiəyə hazıram” (ƏMH) kompleksində
və bədən tərbiyəsi və idman proqramında öz əksini tapmışdır. Məktəbdə fiziki tərbiyə
müxtəlif vasitə və formalarla həyata keçirilir. Fiziki tərbiyənin vasitələrinə fiziki
təmrinlər, təbii və gigiyenik amillər daxildir.
Fiziki təmrinlərə gimnastika, oyun,
idman və turizm daxildir. Tələbəlik illərində bunlara xüsusi yer ayırmaq lazımdır.
Fiziki tərbiyənin mühüm bir vasitəsi təbii amillərdən istifadə etməkdir. Təbii amillər
(günəş, hava, su) təbiətin sağlamlaşdırıcı qüvvələridir. İnsan orqanizminin təmiz
havaya (oksigenə), suya, günəş şüasına böyük ehtiyacı vardır. Gigiyenik amillər fiziki
tərbiyə, sağlamlıq baxımından böyük əhəmiyyətə malikdir. Gigiyenik amillərə qida,
yuxu,
istirahət, bədənə qulluq, normal mənzil və iş şəraiti, rejim, rahat geyim və s.
daxildir. Sağlamlıq üçün normal qida vacib şərtdir. Yemək müəyyən hədd daxilində
olmalıdır; həddən çox və az yemək zərərlidir. 1-ci
hal piylənməyə, 2-ci hal isə
qanazlığına səbəb olur. Normal yuxu da sağlamlıq üçün mühüm şərtdir. O, yorğunluğu
götürür, orqanizmin iş qabiliyyətini bərpa edir. Gigiyenik amillər içərisində düzgün
gün rejimi də böyük əhəmiyyətə malikdir. Rejim insanın həyat tərzini nizama salan
qaydaların məcmusudur. O,
iş və istirahəti tənzim edir, insanda intizamlılıq,
səliqəlilik, dəqiqlik, təşkilatçılıq tərbiyə edir, müsbət adətlər yaradır, iradəni
möhkəmləndirir. Ailədə və məktəbdə sanitar-gigiyenik
tələblərə ciddi əməl
edilməlidir. Ailədə iş otağı, məktəbdə dərs otaqları gigiyenik tələblərə (optimal həcmi,
hava tutumu, işıq və istilik rejimi, havasının dəyişilməsi, əşyaların yaş əsgi ilə
silinməsi və s.) cavab verməlidir.
Dostları ilə paylaş: