M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v
Hüquq tərbiyəsi. Hüquq tərbiyəsi şəxsiyyətin ahəngdar inkişafına yönələn ideya-
tərbiyə işləri kompleksinin mühüm bir istiqamətini təşkil edir. “Hüquq” ərəbcə “haqq
söz” deməkdir. Hüquq ictimai şüurun bir forması olub, dövlət tərəfindən müəyyən
edilən və mühafizə olunan, ictimai münasibətləri tənzimləyən məcburi davranış
qaydaları sistemidir. Hər cür fəaliyyətdə olduğu kimi, hüquqi fəaliyyət də insanın
hüquqi düşüncəsi, inamı və hüquqi davranışının vəhdəti kimi özünü göstərir. Hüquq
normalarına dair biliklər və onlara müsbət münasibət əsasında hüquqi əqidə və
davranış mövqeyi, yəni hüquqauyğun davranışa hazırlıq və səy formalaşır. Hüquq
tərbiyəsi gənc nəslin hüquqi şüur və davranışını, habelə hüquq normalarına
münasibətini formalaşdırmaq məqsədi güdən planlı və mütəşəkkil fəaliyyət prosesidir.
Hüquq tərbiyəsi qarşısında aşağıdakı vəzifələr durur:
a) gənc nəsildə hüquqi şüur, hüquqa və qanunçuluğa dair biliklər, baxış və təsəvvürlər
aşılamaq;
b) hüquqi davranış təcrübəsi, birgəyaşayış qaydalarına uyğun düzgün davranış
bacarıqları formalaşdırmaq;
c) sosial-hüquqi fəallıq, hüquqazidd hallarla mübarizə əzmi tərbiyə etmək.
Hüquq tərbiyəsi müxtəlif forma və metodlarla həyata keçirilir. Bu formalar
içərisində təlim əsas yer tutur. Tədris prosesində tələbə gənclərdə hüquqa dair biliklər,
hüquq psixologiyası – qanunlara, birgəyaşayış qaydalarına hörmət və onlara əməl
etməyə daxili tələbat yaratmaq hüququn aliliyinə dair təsəvvür və baxışlar aşılamaq
diqqət mərkəzində durmalıdır. Bu işdə fənlərarası əlaqələrin yaradılması da mühüm
əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi üzrə təlim prosesində aparılan işlərlə yanaşı,
auditoriyadankənar işlər də böyük əhəmiyyət kəsb edir. Hüquq tərbiyəsi ilə bağlı
auditoriyadankənar işlər müxtəlif formalarda təşkil edilir. Məqsəd və məzmununa görə
onları iki qrupa bölmək olar:
a) hüquq təbliğatı və hüquqi şüurun formalaşmasına xidmət edən formalar;
b) hüquq-mühafizə fəaliyyətinin təşkili formaları.