təlim əməyi vərdişləri, zehni əmək mədəniyyəti, əməyin elmi təşkili bacarıqları
aşılamaqdan ibarətdir. Tələbələri öz təlim fəaliyyətlərini düzgün planlaşdırmağa, hər
fənn üzrə səmərəli iş priyomlarının tətbiqinə, özününəzarət və özünüqiymətləndirməyə
geniş cəlb etmək lazımdır. Bu priyomlara yaxşı yiyələnməklə tələbələrdə özünütəhsil
bacarıqları formalaşdırmaq asan olur. Tələbənin əməyi təkcə təhsil əməyi ilə
məhdudlaşmır. Buraya habelə özünəxidmət əməyi, ictimai-faydalı əmək, məhsuldar
əmək kimi sahələr daxildir. Ali məktəbdə özünəxidmət əməyi auditoriyaların təmiz
saxlanması, kitabxana kitablarının təmiri, növbətçilik, iməciliklər formalarında həyata
keçirilir. İctimai-faydalı əmək növü ictimai faydası olan könüllü əməkdir. Məhsuldar
əmək bilavasitə müəyyən məhsul istehsalı ilə bağlıdır. İstehsalat təcrübəsi keçən
tələbələr müxtəlif peşə-ixtisas sahələrində belə əməklə məşğul olmaq imkanı
qazanırlar.
Dostları ilə paylaş: