üçün, xalq üçün nəcib əməllərdə tapsın. Əxlaqi keyfiyyətlər içərisində
insanpərvərlik, humanizm çox mühüm yer tutur. İnsanpərvərlik insana məhəbbət və
qayğı deməkdir. Başqalarının daxili aləmini duymaq, sevincinə və kədərinə şərik
olmaq, insanı sevmək, ona lazımi kömək göstərmək insaniyyətin, əxlaqi mədəniyyətin
ilkin şərtidir. Çalışmaq lazımdır ki, humanizm, xeyirxahlıq gənclərin mənəvi
tələbatına çevrilsin. Əxlaq tərbiyəsinin əsası gənclərdə mənəvi tələbat tərbiyə
etməkdən ibarətdir. Gəncləri mənəvi fəaliyyət sahəsinə – başqa adamlar üçün xeyirxah
əməllərə, nəcib məqsədlərlə ruhlandırılan yaradıcı əməyə, qaynar ictimai fəaliyyətə
cəlb etmək tərbiyənin vacib şərtidir. Gənc hər dəfə adamlar üçün, kollektiv üçün
faydalı işlər gördükdə onda xeyirxahlıq hissi dərinləşir və tədricən tələbata çevrilir: o,
nəcib davranışa mənəvi ehtiyac duyur. Əxlaq tərbiyəsinin əsas mənbəyini davranış
mədəniyyəti, müsbət əxlaqi adətlər təşkil edir. Əxlaqi adətlər tərbiyəsi üçün gəncləri
müxtəlif fəaliyyət növlərinə - əməyə, oyuna, təlimə, bədii, elmi-texniki və ictimai
fəaliyyətə cəlb etmək lazımdır. İnsanın dəyərli əxlaqi sifətlərindən biri də intizamdır.
Dostları ilə paylaş: