Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Tələbə kollektivində özünüidarənin təşkili



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə68/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   64   65   66   67   68   69   70   71   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Tələbə kollektivində özünüidarənin təşkili. Tələbə kollektivi özünüidarə prinsipi 
əsasında fəaliyyət göstərir. Tələbə özünüidarəsi üç səviyyədə – qrup, fakültə və 
universitet səviyyəsində fəaliyyət göstərir. İlk kollektivin ali orqanı qrupun ümumi 
yığıncağıdır. Orada qrup həyatının ən mühüm, aktual məsələləri müzakirə edilir.
Qrupun ümumi yığıncağı ayda bir dəfə keçirilir. İlk yığıncaqda qrup nümayəndəsi 
seçilir. Fakültə və ali məktəb səviyyəsində tələbə özünüidarə orqanları ilk (qrup) 
kollektivlərinin müvəkkillərini birləşdirmək yolu ilə yaradılır. Belə orqanlara tələbə 
həmkarlar və gənclər təşkilatı şurası, müxtəlif sahələr üzrə fəaliyyət göstərən 
komissiya və şuralar daxildir.
Kollektivdə qarşılıqlı münasibətlərin formalaşdırılması. Tələbə kollektivində normal 
münasibətlərin yaradılması bir çox amillərlə bağlıdır. Bu amillərə kollektivin ümumi 
ideya-mənəvi dəyərlərlə yaşaması, ünsiyyət mədəniyyəti, ictimai rəy, mənəvi-psixoloji 
iqlim və s. daxildir. Bu amillərin xarakterindən asılı olaraq tələbə kollektivində 
səmimi və ya münaqişəli münasibətlər özünü göstərir. Tələbə kollektivindəki 
münaqişələri (onlar daha çox şəxsiyyətlərarası münasibətlər zəminində baş verir) elmi 
əsasda həll etmək lazımdır; münaqişəni dərindən təhlil etmək, səbəbləri və münaqişə 


tərəflərinin motivlərini öyrənmək, heç bir tərəfin hüququnu pozmadan, nüfuzuna xələl 
gətirmədən kollektivin ümumi mənafeyindən çıxış edərək ixtilafı sivil yolla həll etmək 
vacibdir. Münaqişələrin profilaktikasına daha çox diqqət yetirmək lazımdır. Çünki 
münaqişələri həll etməkdənsə, onların qarşısını almaq daha asandır. Münaqişələrin 
qarşısını almaq üçün kollektivdə normal münasibətlər qurmaq, sağlam ictimai rəy
müsbət mənəvi-psixoloji iqlim və ünsiyyət mədəniyyəti formalaşdırmaq böyük 
əhəmiyyətə malikdir.
5. Pedaqoji ünsiyyət və tələbə şəxsiyyətinin inkişafında onun rolu
Tələbə gənclərin şəxsiyyətinin formalaşmasına təsir göstərən amillər içərisində 
pedaqoji ünsiyyət mühüm yer tutur. Pedaqoji ünsiyyət təsirli tərbiyə vasitəsi kimi 
mühüm əhəmiyyət kəsb edir. Gənclərin bir çox şəxsi keyfiyyətləri – kollektivçilik, 
humanizm, məsuliyyət, dəqiqlik, intizam, yoldaşlıq-dostluq, düzlük-doğruçuluq və s. 
insani sifətlər normal ünsiyyət şəraitində daha tez formalaşır. Qeyri-normal ünsiyyət 
şəraitində insanda əks keyfiyyətlər – əsəbilik, mənfi emosiyalar, qorxu, inamsızlıq, 
işgüzarlığın azalması müşahidə olunur. Belə ünsiyyət təlim-tərbiyə keyfiyyətinə, 
müəllimin nüfuzuna mənfi təsir göstərir: düzgün qurulmayan ünsiyyət tələbələrdə 
müəllimə və onun tədris etdiyi fənnə neqativ münasibətin yaranmasına səbəb olur.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin