Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə71/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   67   68   69   70   71   72   73   74   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Müəllimin şəxsiyyəti səmərəli pedaqoji ünsiyyətin mühüm amili kimi. Pedaqoji 
ünsiyyətin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ünsiyyət mədəniyyətindən çox 
asılıdır. Müəllim-tərbiyəçi hər sahədə olduğu kimi, bu məsələdə də tələbələrə nümunə 
olmalıdır. Müəllimin şəxsi keyfiyyətləri – alicənablığı, müdriklik, xeyirxahlıq, 
insanpərvərlik və yüksək vətəndaşlıq mövqeyi, elmi dünyagörüşü, dərin bilik və 
erudisiyası uğurlu ünsiyyətin vacib şərtlərindəndir. Alicənab, humanist müəllim 
tələbəyə sadəcə obyekt kimi yox, şəxsiyyət kimi yanaşır, xırda, cılız hissələrə və 
hərəkətlərə yol vermir. Tərbiyəçinin ünsiyyətlilik bacarığı da pedaqoji ünsiyyətə 
müsbət təsir göstərir. Ünsiyyətlilik müəllim-tərbiyəçi üçün sadəcə şəxsi keyfiyyət kimi 
yox, şəxsi-peşə keyfiyyəti kimi əhəmiyyət kəsb edir. Ünsiyyətlilik bacarığına malik 
olmayan müəllim-tərbiyəçi tələbələr üçün cansıxıcı, əlçatmaz olur. Buna görə də 
gənclərlə işləyən müəllim-tərbiyəçi özündə ünsiyyətlilik bacarığı formalaşdırmağa 
çalışmalıdır. Pedaqoji ünsiyyət pedaqoji etika tələblərinə əsaslanmalıdır. Bu tələblər 
sırasına pedaqoji peşə borcu və ləyaqəti, peşə vicdanı, ədalətlilik, pedaqoji nüfuz kimi 
kate qoriyalar daxildir. Pedaqoji peşə borcu cəmiyyətin müəllim qarşısında qoyduğu 
yüksək tələblər səviyyəsində işləməyi, bu sahədə məsuliyyət hissini nəzərdə tutur. 
Peşə borcu və ləyaqəti müəllimin özünün və təmsil etdiyi kollektivin şərəfini və 
ləyaqətini uca tutmaqda, ona ləkə gətirən əməllərdən çəkinməkdə ifadə olunur. 
Pedaqoji etika tələbləri içərisində ədalətlilik müəllimin nüfuzuna, ünsiyyətinə güclü 
təsir göstərir. Ədalətlilik müəllimi tələbə gözündə nə qədər yüksəldirsə, ədalətsizlik – 
bir o qədər alçaldır. Ədalətsizlik şəraitində normal ünsiyyətdən söhbət gedə bilməz. 
Müəllim-tərbiyəçi pedaqoji ünsiyyət mədəniyyətinə yiyələnməli, tələbələrlə ünsiyyət 
formasını daim təkmilləşdirməyə çalışmalıdır. Bunun üçün ünsiyyətin dəyişən 


şəraitinə operativ bələdləşmək; ünsiyyət şəraitinə, tələbə qrupuna və tələbələrin fərdi 
xüsusiyyətlərinə görə adekvat ünsiyyət vasitələrini düzgün müəyyənləşdirmək
tələbələrlə ünsiyyətdə neqativ ustanovka doğuran stereotipləri aradan qaldırmaq 
vacibdir. Müasir şəraitdə əməkdaşlıq pedaqoqikasının başlıca tələblərindən biri 
müəllim-tələbə 
(şagird) 
münasibətlərinin 
humanistləşdirilməsi 
və 
demokratikləşdirilməsidir. 
Müəllim-tərbiyəçi 
pedaqoji-peşə 
mədəniyyətinə 
yiyələnməklə öz işini müasir tələblər səviyyəsində qura bilər. 

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin