Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə72/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   68   69   70   71   72   73   74   75   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 X mühazirə
Pedaqoji prosesdə müəllimin rolu. Ali məktəb müəllimi
Plan:
1. Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu. Müəllimlik işinin xüsusiyyətləri.
2. Ali məktəb müəlliminin funksiyaları, hüquq və vəzifələri
3. Müəllimin peşə qabiliyyətləri
4. Müəllimin şəxsi keyfiyyətləri və pedaqoji ustalığı


 1.Müəllimin cəmiyyətdə və pedaqoji prosesdə rolu.
Müəllimlik işinin xüsusiyyətləri. Gənclərin təlim-tərbiyəsində, yüksək hazırlıqlı 
mütəxəssislər kimi yetişməsində müəllim çox böyük rol oynayır. Cəmiyyətin, millətin 
gələcəyi, müəyyən mənada, müəllimin əlindədir. Millət məktəbdən, müəllimdən 
başlanır. Deyirlər ki, bir milləti məhv etmək üçün onun müəlliminin və həkiminin 
savadsız olması kifayətdir: biri milləti mənəvi cəhətdən, digəri isə fiziki cəhətdən 
şikəst edəcəkdir. Bu hal müəllim kadrlarının hazırlığına xüsusi diqqət yetirməyi tələb 
edir. Müəllim cəmiyyətdə aparıcı qüvvədir. O, yaşlı nəslin təcrübəsini gənc nəslə 
verir. Görkəmli şəxsiyyətlər müəllimin əməyinə yüksək qiymət vermiş, müəllimi 
günəşə, bağbana, mühəndisə, heykəltəraşa, sərkərdəyə, həkimə bənzətmişlər. Çünki o, 
günəş kimi insanlığa mənəvi həyat verir; bağban kimi uşaq və gənclərə daim qayğı 
göstərir; mühəndis kimi insan qəlbinin layihəsini cızır; heykəltəraş kimi gənc qəlbi və 
ağlı cilalayır; sərkərdə kimi cahilliyə, vəhşiliyə, şərə qarşı amansız mübarizə aparır; 
həkim kimi millətin mənəvi sağlamlığı keşiyində durur. Cəmiyyətdə olduğu kimi, 
məktəbdə də müəllim böyük qüvvədir. Gənc nəslin bilik və tərbiyə səviyyəsi, ağlının 
və qəlbinin formalaşması, ilk növbədə, müəllimdən, onun peşə-ixtisas və vətəndaşlıq 
keyfiyyətlərindən asılıdır. Pedaqoji fəaliyyəti düzgün qurmaq üçün müəllimlik işinin 
xüsusiyyətlərini nəzərə almaq lazımdır. Bu xüsusiyyətlərə daxildir:
a) Müəllimlik şərəfli işdir; çünki öz həyatını xalqın gələcəyinə həsr edir. Xalqa
verilmiş həyat isə xoşbəxtlikdir.
b) Müəllimlik məsuliyyətli işdir; çünki o, ən qiymətli kapital olan insanla işləyir; bu 
işdə isə səhvə yol vermək olmaz.
c) Müəllimlik çətin və mürəkkəb işdir; çünki müəllimin fəaliyyət obyekti olan insan 
özü mürəkkəbdir, zəngin və incədir. Pedaqoji fəaliyyətin çətinliyi həm də ondadır ki, 
müəllimin tərbiyə etdiyi insan dəyişkəndir; bu gün zəif oxuyan, intizamsızlıq edən 


sabah düzələ bilər və ya əksinə. Müəllim öz yetirmələrinin inkişafını izləməli, təhlil 
etməli, onları düzgün istiqamətləndirməlidir.
ç) Müəllimlik yaradıcı işdir: çünki müəllim hazır göstərişlərlə işləyə bilməz. Hər bir 
konkret halda qarşıya çıxan məsələlərə müstəqil və yaradıcı yanaşmaq, qeyri-standart 
qərarlar qəbul etmək lazım gəlir. Bunun üçün müəllimdən müstəqil düşünmə, yaradıcı 
təfəkkür tələb olunur. Görkəmli rus pedaqoqu və psixoloqu P.P.Blonskinin təbirincə 
desək, həqiqi müəllim ensiklopedik lüğət yox, Sokrat olmalıdır. Müasir dövrdə sadəcə 
bilikli müəllim olmaq azdır; məktəbə yaradıcı, tədqiqatçı müəllim lazımdır. Ali 
məktəb müəllimi pedaqoji fəaliyyətin xüsusiyyətlərini nəzərə almalı, normativ 
tələblərlə özünün yaradıcılığını əlaqələndirməyi bacarmalıdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin