Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Pedaqoji ünsiyyət və onun strukturu



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə69/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   65   66   67   68   69   70   71   72   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Pedaqoji ünsiyyət və onun strukturu. Pedaqoji ünsiyyət pedaqoji proses 
iştirakçılarının qarşılıqlı münasibətlərini ifadə edən peşə ünsiyyətidir, pedaqoji 
fəaliyyətin çox çətin bir sahəsidir. Bir çox müəllimlər məhz tələbələrlə ünsiyyət 
qurmaqda çətinlik çəkir, bu sahədə ciddi səhvlərə yol verirlər. Bu səhvlər isə onların iş 
keyfiyyətlərinə, səhhətlərinə mənfi təsir göstərir. Pedaqoji ünsiyyətin düzgün 
qurulması ünsiyyətin mahiyyətini, strukturunu, mexanizmini, şərtlərini yaxşı dərk 
etməkdən, pedaqoji ünsiyyətə yiyələnməkdən çox asılıdır. Ünsiyyət – insanların 
informasiya mübadiləsi, qarşılıqlı təsiri və bir-birini qavraması prosesidir. Müasir 
psixologiyada ünsiyyətin üç tərəfi fərqləndirilir:


- informasiya mübadiləsi (kommunikativ tərəf); 
- insanların qarşılıqlı təsiri (interaktiv tərəf); 
- insanların bir-birini qavraması (perseptiv tərəf).
Ünsiyyətin qeyd edilən tərəflərinə müvafiq olaraq onun üç funksiyası özünü 
göstərir: informasiya vermək, tərbiyəvi təsir göstərmək, insanı duymaq funksiyaları.
Ünsiyyətin kommunikativ funksiyası – informasiya mübadiləsi pedaqoji fəaliyyətin 
əsasını təşkil edir.
Ünsiyyətin interaktiv funksiyası – insanların qarşılıqlı münasibətləri, qarşılıqlı təsiri 
ünsiyyətin əsasını təşkil edir.
Ünsiyyətin perseptiv funksiyası insanların bir-birini qavraması və anlaması ilə 
bağlıdır. Ünsiyyətin qeyd edilən tərəflərini (funksiyalarını) vəhdətdə həyata 
keçirilməlidir. Bəzən ali məktəb təcrübəsində bu məsələyə birtərəfli yanaşılır: müəllim 
məşğələ zamanı ünsiyyətin yalnız bir tərəfini, məsələn, informasiya vermək tərəfini 
təşkil edib, digər iki tərəf üzərində düşünmür. Tələbələrdə təlim fəaliyyətinə marağın 
azalması səbəblərinin təhlili göstərir ki, zəif mənimsəmə və fənnə diqqətin azalması 
başlıca olaraq məhz pedaqoji ünsiyyətin yanlış təşkili ilə bağlıdır. Eksperiment ilə 
müəllim pedaqoji ünsiyyətin strukturunu dəyişərək onun hər üç tərəfini əlaqəli təşkil 
edir – qrupda müsbət işgüzar mühitin, sağlam mənəvi-psixoloji iqlimin yaradılmasına, 
yəni ünsiyyətin interaktiv və perpektiv tərəfinə daha çox diqqət yetirir. Bu halda 
tələbələrin təlimə münasibətində nəzərəçarpan dəyişiklik baş verir. Hər bir müəllim 
(xüsusən gənc müəllimlər) tədris etdiyi fənni mükəmməl bilməklə yanaşı pedaqoji 
ünsiyyət qabiliyyətinə də yaxşı yiyələnməlidir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin