Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə66/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   62   63   64   65   66   67   68   69   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

İqtisadi tərbiyə. İqtisadi tərbiyə dedikdə, böyüyən nəsli təsərrüfatçılıq, sahibkarlıq, 
qənaətcillik ruhunda formalaşdırmaq, onları iqtisadi fəaliyyətə hazırlamaq məqsədi ilə 
aparılan kompleks təsirlər sistemi başa düşülür. İqtisadi tərbiyə qarşısında aşağıdakı 
vəzifələr durur:
- gənc nəsildə iqtisadiyyat, onun cəmiyyətdə rolu, təsərrüfatçılıq, sahibkarlıq haqda 
təsəvvürlər, iqtisadi təfəkkür formalaşdırmaq;
- gənc nəsli psixoloji və əməli cəhətdən iqtisadi fəaliyyətə hazırlamaq;
- gənclərdə qənaətcillik, ictimai mülkiyyətə, xalq əmlakına, məktəb avadanlığına, 
suya, enerjiyə, çörəyə qayğılı münasibət tərbiyə etmək;
- israfçılığa, təsərrüfatsızlığa, əməyə və əmək məhsuluna laqeydliyə, məsuliyyətsizliyə 
qarşı barışmazlıq tərbiyə etmək. İqtisadi təhsil və tərbiyə müxtəlif yollarla və 
vasitələrlə həyata keçirilir. Bu sahədə təlim prosesi böyük imkanlara malikdir. 
Müxtəlif fənlərdə gənclər cəmiyyətin iqtisadi inkişafının qanunları ilə tanış olur, 
iqtisadi təsəvvürlərə yiyələnirlər. İqtisadi təhsil və tərbiyə sahəsində təlimdə aparılan 
iş auditoriyadankənar tədbirlər yolu ilə möhkəmləndirilir və daha da dərinləşdirilir. 
İctimai-faydalı və məhsuldar əmək zamanı gəncləri iqtisadi münasibətlərə qoşmaq, 
iqtisadi məsələlərin praktik həllinə cəlb etmək mühüm şərtdir. Vaxtaşırı olaraq 
fakültələrdə tələbə təşkilatları xətti ilə qənaətcillik reydləri və ayları keçirmək, bu 
zaman dövlət əmlakına, elektrik enerjisinə, suya qənaət edilməsi vəziyyətini 
öyrənmək, 
reydlərin 
nəticələrini 
kollektivdə 
müzakirə 
etmək 
qənaətcillik, 
təsərrüfatçılıq baxımından əhəmiyyətlidir.
4. Tələbə kollektivinin şəxsiyyətə təsiri
Kollektiv anlayışı, onun funksiyaları, təşkili. Şəxsiyyətinin formalaşmasına təsir 
göstərən amillər içərisində kollektiv mühüm yer tutur. O, insan həyatını təşkil etməyin 
səmərəli formalarından biridir. Kollektiv sosial qrupun yüksək təşəkkül tapmış 


formasıdır. Kollektivə belə tərif vermək olar: kollektiv ictimai-faydalı məqsədlər 
naminə birgə fəaliyyət göstərən, qarşılıqlı asılılıq münasibətlərinə daxil olan, 
özünüidarə orqanlarına (müvəkkillərə) və ictimai rəyə malik olan insanların 
mütəşəkkil birliyi, yüksək təşəkkül tapmış sosial qrupdur. Kollektivin funksiyaları 
aşağıdakılardan ibarətdir:
a) tərbiyə funksiyası; 
b) stimullaşdırma və tənzimləmə funksiyası;
c) təşkilatçılıq funksiyası.
Kollektivin öz funksiyalarını yerinə yetirməsi üçün onu düzgün təşkil etmək, tərbiyə 
və inkişafı qeydinə qalmaq lazımdır. Kollektiv düzgün təşkil edildikdə tərbiyə işində 
təsirli vasitə ola bilər. Kollektivin təşkili üçün səlahiyyətlərin, ictimai vəzifələrin 
düzgün bölünməsi mühüm şərtdir. Vəzifələrin təyin etməklə yox, seçki yolu ilə 
tutulması daha səmərəlidir. Kollektivin təşkilinin digər şərti mümkün qədər daha çox 
tələbəni ictimai vəzifələrə cəlb etməkdən ibarətdir. Bu halda kollektivdə bərabərlik, 
qarşılıqlı asılılıq şəraiti yaranır ki, bu da sağlam kollektivin vacib şərtidir. Kollektivin 
təşkili müəyyən prinsiplərə əsaslanır. Bu prinsiplərə demokratiya (kollektivin 
həyatında və idarə olunmasında hamının seçkili orqanlar vasitəsilə iştirakının təmin 
olunması), aşkarlıq (işlərin gizli, qapalı yox, aşkarlıq şəraitində icrası), plüralizm (fikir 
müxtəlifliyinə, azadfikirliliyə şərait yaradılması), çoxluğun rəyinin əsas götürülməsi 
və azlığın rəyinə hörmət edilməsi və s. prinsiplər daxildir. Həmin prinsiplər əsasında 
sağlam, demokratik kollektiv yaratmaq və onu tərbiyənin təsirli subyektinə çevirmək 
olar. Bunun üçün müəyyən mərhələlərlə iş aparmaq lazımdır.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin