Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə74/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   70   71   72   73   74   75   76   77   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Tərbiyə funksiyası bir çox vasitələrlə, o cümlədən müəllim-tələbə münasibətlərinin 
düzgün qurulması yolu ilə reallaşır. Müəllim tələbəni bir şəxsiyyət kimi qəbul etməli, 
onunla şəxsiyyət kimi rəftar etməli, onda şəxsi ləyaqət, özünəhörmət hisslərini 
formalaşdırmağa, onu özünətərbiyəyə cəlb etməyə çalışmalıdır. Əsl tərbiyə – insanı 
özünütərbiyəyə sövq etməkdir.
İnkişafetdirici funksiya – təlim və tərbiyə prosesində gənclərin psixi inkişafını təmin 
etməkdə ifadə olunur. Tələbələrə hazır informasiyaları çatdırmaqdansa, onları 
axtarışlar aparmaq, müstəqil düşünmək, tədqiq etmək üçün çalışmalar, problemlər 
üzərində işlətmək qat-qat səmərəlidir. Elmi biliklər tələbənin əqli səyinin nəticəsi 
olmalıdır. Problemləri tədqiq etmək, fərziyyələr irəli sürmək, nəticə çıxarmaq tələbəyə 
özünü təsdiq, iftixar hissi, özünə hörmət hissi bəxş edir, onu daha yeni problemlərin 
müstəqil həllinə sövq edir.
Stimullaşdırıcı funksiya – tələbəni müxtəlif yollarla təhsilə təhrik etməyi və 
istiqamətləndirməyi nəzərdə tutur. Başlıca amil tələbədə mənəvi tələbatların 
formalaşdırılmasıdır. Elmi biliklərə yiyələnmək daxili tələbatdan doğduqda daha 
səmərəli nəticələr əldə etmək mümkündür. Təhsilin çətin məqamlarında müəllim 
tələbələri (şagirdləri) hədələməklə, əsəbi hərəkətlərlə, imtahan qiymətləri ilə 
qorxutmamalı, əksinə, onlarda inam və ümid qığılcımları oyatmalıdır. Hər sahədə 


olduğu kimi, təhsildə də motivlər emosiyalarla sıx bağlıdır. İstənilən işə maraq, meyl 
yaratmaq üçün bu iş insanda müsbət emosiyalar doğurmalıdır. Mənfi emosiyalar 
(qorxu, inamsızlıq, təşviş, həyəcan) işə, təlimə səyi azaldır. Müəllimin xoş sözü, tərifi, 
müsbət rəyi, inamı, çətin anda köməyə gəlməsi tələbəyə sanki qüvvət verir, onu daha 
yaxşı oxumağa ruhlandırır.
Elmi-tədqiqatçılıq funksiyası ali məktəb müəllimi üçün daha spesifik funksiyadır. 
Orta məktəbdən fərqli olaraq ali məktəbdə elm tədris olunur, müəllim də elmi tədris 
edən alimdir, eyni zamanda müəyyən elmi problem üzərində işləyən tədqiqatçıdır. 
Elmi-tədqiqat işinin nəticələrini tədris prosesinə tətbiq etməklə müəllim tədrisin 
keyfiyyətini yüksəltməyə, tələbələrdə elmə marağın güclənməsinə şərait yaratmış olur.
Müəllimin funksiyaları onun hüquq və vəzifələrindən ayrılmazdır. Müəllimin hüquq 
və vəzifələri Azərbaycan Respublikasının Təhsil Qanununda öz əksini tapmışdır 
(maddə 33). Müəllimin hüquqları aşağıdakılardır:
- normal əmək, elmi-pedaqoji iş və təhsil şəraiti, müasir standartlara cavab verən 
texnologiyalarla təmin olunmaq hüququ;
- təhsil müəssisəsinin nizamnaməsinə uyğun olaraq təhsil prosesinin təşkilində və 
idarə olunmasında fəal iştirak etmək hüququ; 
- tədrisin formasını, metodlarını və vasitələrini sərbəst seçmək hüququ və s. 
Müəllimin vəzifələri aşağıdakılardan ibarətdir:
- təhsil sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək; - təhsil 
proqramlarının mənimsənilməsini təmin etmək;
- təhsil alanlarda fəal vətəndaş mövqeyi formalaşdırmaq;
- pedaqoji etika və əxlaq normalarına riayət etmək, müəllim nüfuzunu yüksək tutmaq, 
ziyalılıq nümunəsi göstərmək;
- təhsil alanların şərəf və ləyaqətinə hörmət etmək və s.; 


Müəllimin göstərilən hüquq və vəzifələri bir-birilə sıx bağlıdır: o, öz hüquqlarını 
tələb etdiyi kimi, üzərinə düşən vəzifələri də yüksək səviyyədə yerinə yetirməlidir.
3. Müəllimin peşə qabiliyyətləri
Təlim-tərbiyə işinin səmərəsi müəllimin şəxsi keyfiyyətlərindən, ilk növbədə isə 
onun pedaqoji peşə qabiliyyətlərindən asılıdır. Müəllimin peşə qabiliyyətləri çoxdur: 
əsas pedaqoji qabiliyyətlərə daxildir: akademik (nəzəri), didaktik, konstruktiv, 
ünsiyyət (kommunikativ), təşkilatçılıq, perseptiv qabiliyyətlər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin