Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


Metafizik baxış inkişafa kəmiyyət dəyişməsi kimi baxır



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə82/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   78   79   80   81   82   83   84   85   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Metafizik baxış inkişafa kəmiyyət dəyişməsi kimi baxır, onun mənbəyini (səbəbini) 
isə genetik proqramda axtarır. Dialektik baxış isə şəxsiyyətin inkişafına keyfiyyət 
dəyişməsi kimi yanaşır, inkişafın mənbəyini ziddiyyətlərin həlli prosesi ilə bağlayır. 
Dialektik baxışa görə, şəxsiyyətin inkişafının hərəkətverici qüvvəsini ziddiyyətlərin 
yaranması və həlli təşkil edir. Əksliklərin mübarizəsi, insanın psixikasında köhnə ilə 
yeninin arasındakı ziddiyyətlər həyati prosesdə – təlim və tərbiyənin gedişində yaranır 
və aradan qaldırılır. Şəxsiyyətin inkişafında həm xarici, həm də daxili ziddiyyətlər 
özünü göstərir. Əsas xarici ziddiyyət – cəmiyyətin və yaşlıların tələbləri ilə insanın 
mövcud inkişaf səviyyəsi, davranış forma və vasitələri arasındakı ziddiyyətlə bağlıdır. 
İnsan qarşıda duran tələbləri ödəmək üçün öz üzərində işləməli, yeni davranış 
formalarına yiyələnməlidir. Əsas daxili ziddiyyət – insanın tələbatları ilə imkanları 
arasındakı ziddiyyətdir. İnsan öz tələbatını (ehtiyacını) ödəmək üçün bütün 
imkanlarını (biliyini, bacarığını, iradi qüvvəsini və s.) səfərbərliyə alır və nəticədə 
tələbatını ödəyir. Bu prosesdə o, öz inkişafında irəliyə doğru müəyyən addım atır – bu 
və ya digər keyfiyyətə yiyələnir. Beləliklə, ziddiyyət həll olunur. Şəxsiyyət müxtəlif 
amillərin təsiri ilə formalaşır: irsiyyət, təlim, tərbiyə, təbii və sosial mühit, insanın 
özünün şəxsi fəallığı. Bəs, bu amillərdən hansı əsasdır, həlledicidir? Bu sualla 
əlaqədar şəxsiyyətin inkişafına dair müxtəlif nəzəriyyələr meydana gəlmişdir. Onları 
dörd qrupa ayırmaq olar: bioloji amillərin rolunu şişirdən, sosial amillərin rolunu 
şişirdən, hər iki amili birgə qəbul edən və bütün amilləri vəhdətdə götürən dialektik 
nəzəriyyələr.
Bioloji 
amillərin 
rolunu şişirdən nəzəriyyələr (“İrsiyyət”, “biogenetik”, 
“Praqmatizm”, “Freydizm”, “İrqçilik”, “Elita” və b.) şəxsiyyətin inkişafını ancaq 
bioloji amillərlə izah edir: guya şəxsiyyətin bütün xüsusiyyətləri – şüuru, xarakteri, 
qabiliyyətləri, göz və qulaq kimi, irsən hazır verilir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   78   79   80   81   82   83   84   85   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin