Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə81/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   77   78   79   80   81   82   83   84   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

XI Mühazirə 
Tələbə şəxsiyyətinin inkişafı və tərbiyəsi
Plan:
1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr
2. Şəxsiyyətin inkişafında bioloji və sosial amillərin rolu


3. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri
4. Tələbə şəxsiyyətinin inkişafının pedaqoji-psixoloji şərtləri
1. Şəxsiyyət və onun inkişafı anlayışı, bu haqda nəzəriyyələr
Şəxsiyyətin inkişafı və tərbiyəsi pedaqogikanın tədqiqat sahəsinin mühüm bir 
istiqamətini təşkil edir. Şəxsiyyət kimə deyilir? Şəxsiyyətin inkişafı necə baş verir? 
Tələbə şəxsiyyətinin səciyyəvi cəhətləri hansılardır? Bu sualların düzgün həlli 
problemin mahiyyətini başa düşməyə, gənclərlə tərbiyə işini düzgün qurmağa kömək 
edə bilər. Hər şeydən əvvəl, fərd, şəxsiyyət və fərdiyyət anlayışlarını nəzərdən keçirək. 
Fərd – təbii bioloji varlıqdır, ayrıca götürülmüş insandır. İnsan fərd kimi doğulur
sonradan müxtəlif amillərin təsiri ilə şəxsiyyətə çevrilir. Şəxsiyyət dedikdə, sosial 
keyfiyyətlərə, mənlik hissinə malik olan şüurlu və fəal fərd başa düşülür. Fərdin 
cəmiyyətdə şəxsiyyətə çevrilməsi çoxcəhətli və mürəkkəb prosesdir. Burada iki proses 
dialektik şəkildə üzləşir: sosiallaşma və fərdiləşmə. Sosiallaşma (ictimailəşmə) insanın 
cəmiyyətdə başqa adamlarla, sosial qruplarla ictimai münasibətlərə daxil olaraq sosial 
təcrübəyə yiyələnməsi prosesidir. Fərdiləşmə isə bu prosesdə insanın müstəqillik, nisbi 
avtonomluq kəsb etməsində, özünəməxsus (təkrarolunmaz) keyfiyyətlərində, həyat 
tərzində, daxili aləminin, psixi proseslərinin formalaşmasında ifadə olunur. Hər bir 
şəxsiyyət həm də fərdiyyətdir. Fərdiyyət özünəməxsus, təkrarolunmaz xüsusiyyətləri 
ilə başqalarından fərqlənən şəxsiyyət deməkdir. Gözoxşayan, ətirli çəmənlik 
rəngarəng çiçəkləri ilə gözəl olduğu kimi, cəmiyyət də çox müxtəlif fərdiyyətləri ilə 
gözəldir. İnsan şəxsiyyət və fərdiyyət kimi daim inkişaf edir. İnkişaf – dəyişmə, bir 
keyfiyyət halından başqasına keçid deməkdir. Şəxsiyyətin inkişafı dedikdə, insanın 
müəyyən keyfiyyətlərə (zehni, psixi, mənəvi və s.) yiyələnməsi və ozünü 
təkmilləşdirməsi başa düşülür. Şəxsiyyət birdən-birə inkişaf edib formalaşmır; o, 
müəyyən səviyyələrdən keçir (aşağı, orta, yüksək, ideal səviyyə). Psixoloqlar 3-5 yaşlı 
uşaqların da şəxsiyyətin müəyyən keyfiyyətlərinə malik olduqlarını qeyd edirlər. 
Şəxsiyyətin inkişafına dair iki baxış mövcuddur: metafizik və dialektik baxış.



Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin