Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə84/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   80   81   82   83   84   85   86   87   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

coğrafi mühitə insanı əhatə edən atmosfer, biosfer, hidrosfer, habelə müxtəlif növ 
fiziki amillər, istilik, maqnit, kosmik təsirlər daxildir. İnsanın fiziki, əqli, estetik 
inkişafında hava, günəşi, su, iqlim, relyef, bioloji ritm təsirsiz qalmır. İnsanın 
şəxsiyyət kimi formalaşmasına sosial mühit daha çox təsir göstərir. Sosial mühit iki 
cürdür: mikro- və makromühit. Mikromühit insanı bilavasitə əhatə edən mühitdir (ailə, 
məktəb, əmək, məhəllə, yoldaşlıq mühiti). Makromühit isə cəmiyyət həyatıdır, geniş 
sosial mühitdir. İnsanın inkişafına hər iki mühit güclü təsir göstərir. Kiçik yaşlarda 
mikromühitin təsiri böyükdür. Körpəlikdən heyvan sürüsünə düşən uşaqların həmin 
heyvanın xüsusiyyətlərini götürməsi faktları məlumdur. Mikromühit geniş sosial 
mühitin tərkib hissəsidir. Cəmiyyətdə gedən proseslər ailədə, məktəbdə, əmək 


kollektivlərində də özünü göstərir. Cəmiyyətin demokratik xarakteri, hüququn aliliyi, 
ədalət prinsipləri şəxsiyyətin inkişafı üçün böyük əhəmiyyətə malikdir. 
Valideynlərdən biri məşhur fizik Pifaqordan soruşmuşdu: “Övladımı, tərbiyəli 
böyütmək üçün mən nə etməliyəm?” Böyük alim demişdi: “Əgər övladınız ədalətli 
cəmiyyətdə yaşayarsa, heç nədən narahat olmayın, əks halda verdiyiniz tərbiyənin də 
müsbət nəticəsi olmayacaq”. İnsan şəxsiyyətinin formalaşmasında mikro- və 
makromühitlə yanaşı mezamühit (etnomədəni amillər, yaşayış məskəninin tipi, kütləvi 
kommunikasiya vasitələri) də mühüm rol oynayır. Cəmiyyət həyatı, onun maddi və 
mənəvi sərvətli tərbiyə işində həlledici şərtdir. Şəxsiyyətin tələbatlarını, mənəvi 
sərvətlərini də cəmiyyət müəyyən edir. Mühitin insana təsirini mütləqləşdirmək 
olmaz; mühit insanın inkişafını öz-özünə, mexaniki surətdə müəyyən etmir. Mühitin 
təsirləri insanın özünün inkişaf səviyyəsindən, psixoloji xüsusiyyətlərindən asılı olaraq 
dəyişilir. Eyni mühitdə (ailədə, məhəllədə) yaşayan, eyni məktəbdə oxuyan bacı və 
qardaşların fərqli inkişafı bununla izah edilə bilər.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   80   81   82   83   84   85   86   87   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin