Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları


 Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə86/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   83   84   85   86   87   88   89   90   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

 

3. Tələbə şəxsiyyəti və onun xüsusiyyətləri
Gənclik yaşı şəxsiyyətin çiçəkləndiyi dövrdür. Bu dövr bir çox psixi funksiyaların, 
xüsusən intellektual keyfiyyətlərin inkişafı üçün daha məhsuldardır. Gənclik yaşında 
nəzəri və məntiqi təfəkkür daha yaxşı inkişaf edir, təfəkkür əməliyyatları – təhlil, 
tərkib, müqayisə, ümumiləşdirmə, sistemləşdirmə, konkretləşdirmə, ağlın müstəqilliyi, 
tənqidiliyi, çevikliyi daha qabarıq şəkildə təzahür edir. Hafizə, xüsusən məntiqi hafizə 
də yüksək inkişaf səviyyəsinə çatır. Tədqiqat (E.İ.Stepanova) göstərir ki, 18-21 yaş 


təfəkkürün və hafizənin yüksək inkişaf səviyyəsi, diqqətin isə nisbətən aşağı səviyyəsi 
ilə səciyyələnir. Tələbələrin maraq dairəsi genişlənir: onların maraqları təkcə təlimlə 
məhdudlaşmayıb, digər fəaliyyət sahələrini də (idman, incəsənət, elmi və ictimai 
fəaliyyət, şəxsi həyatın təşkili və s.) əhatə edir. Onlar zehni, mənəvi, ictimai-siyasi 
cəhətdən yetkinləşirlər. Bu dövrdə elmi biliklərin, həyat təcrübəsinin, müstəqil 
düşüncə və davranışın sintezi sayəsində gənclərdə dünyagörüşü, etik və estetik 
baxışlar daha intensiv formalaşır. Nəzəri təsəvvürlərin bir çox sahələri (məhəbbət, ailə, 
dostluq və s.) gənclər üçün praktik əhəmiyyət kəsb edir. Tələbə gəclərin davranışı, 
mənəvi inkişafı daha çox onların əxlaqi şüuru, əqidəsi, yönəlişliyi ilə şərtlənir. Onlar 
şəraitdən, vəziyyətdən asılı olaraq düzgün davranış vərdişlərinə yiyələnirlər. Bir çox 
mənəvi-əxlaqi anlayışlar (borc və vəzifə hissi, şəxsi ləyaqət, qurur hissi, şərəf, vicdan, 
ədalət və s.) gənclər üçün daha böyük məna kəsb edir. Tələbələr müstəqilliyə, 
özlərinin “böyüklüyünü” təsdiq etdirməyə can atır, bəzi müəllimlərin onlara inamsız 
yanaşmasına, “böyüklükləri” ilə hesablaşmamasına, özlərini tələbədən üstün tutmasına 
açıq və ya gizli etiraz edirlər. Belə hallar, o cümlədən böyüklərin təzyiqi bir çox 
tələbələrdə (xüsusən oğlanlarda) güclü neqativ reaksiya doğurur. Gənclərdə 
“böyüklük” hissi özünüifadə, özünütəsdiq hissləri və öz fərdiyyətini ifadə etmək 
səyləri ilə qovuşur. Müəllimlər tələbə gənclərin “böyüklük” hissinə, şəxsiyyətinə 
hörmətlə 
yanaşmalı, onların özünütəsdiq və özünüifadəsi üçün kömək 
göstərməlidirlər. Gənclər hər cür fədarkarlığa hazırdırlar. Sözü üzə deməkdən 
çəkinmir, cəsarətli və qorxmazdırlar, daha çox romantik olurlar, xəyallarla yaşayırlar. 
Lakin onlardan bir qismi romantikanı həyat haqqında suni, qeyri-real təsəvvürlərlə 
qarışdırırlar. Nəticədə onlarda bəzi neqativ hallar (tənbəllik, məyusluq) baş qaldırır: 
onlara elə gəlir ki, özlərini əhatə edən nə varsa hamısı cansıxıcı, boz, diqqəti 
çəkməyən adi şeylərdir. Belə hallarla qarşılaşdıqda müəllimlər gənclərin həyata, 
gələcəyə inamını, ümidini artırmağa çalışmalıdırlar. Gənclər üçün özünütəhlil, təndiq, 
özünütənqid, özünüqiymətləndirmə səciyyəvidir. Onlar tənqid etməyi xoşlayırlar, 
başqalarını qiymətləndirərkən çox vaxt ifrata yol verirlər. Bəzən belə ifratçılıq 
böyüklərin, xüsusən yaşlı müəllimlərin fikirlərinə, rəyinə, məsləhətlərinə qarşı mənfi 


münasibətə keçir. Lazımi tərbiyə işi aparılmadıqda belə münasibət münaqişələrə 
gətirib çıxara bilər. Tələbə gənclərin özünüqiymətləndirməsi bəzən qeyri-real, 
ziddiyyətli olur. Özünüqiymətləndirmə ideal və real “Mən”in müqayisəsi yolu ilə 
həyata keçirilir. Çox vaxt ideal “Mən” kifayət qədər dərk edilmir, real “Mən” isə o 
qədər də aydın olmur (tutğun və xəyali olur). Belə hal tələbədə özünə qarşı daxili 
inamsızlığa gətirib çıxara bilər. Bu isə, öz növbəsində, çox vaxt zahiri aqressivliklə, 
kobudluqla müşayiət olunur. Tələbə gənclərin sosial-psixoloji yetkinliyi seçdikləri 
ixtisaslara şüurlu münasibətlərində özünü göstərir. Düzgün seçilmiş ixtisas gənclərin 
təlimə fəal və məsuliyyətli yanaşmasına, şəxsiyyətin zəruri keyfiyyətlərinin 
formalaşmasına müsbət təsir edir. Bu halda dövlət məqsədləri ilə tələbələrin şəxsi 
məqsədləri üst-üstə düşür, lazımi səmərə verir. Təcrübə göstərir ki, ali məktəbdə 
seçdikləri ixtisaslara şüurlu yanaşan tələbələr ilk günlərdən təlimə böyük səy və maraq 
göstərir, tapşırıqları yüksək səviyyədə yerinə yetirir, mühazirə və seminar 
məşğələlərində fəal olur, ali məktəbin daxili qaydalarına əməl edirlər. Əksinə, daxil 
olduqları ixtisasa təsadüfi gələn tələbələr mühazirələrdə laqeydlik, intizamsızlıq 
göstərir, qeydlər aparmır, arxa tərəfdə oturub söhbət edir və ya mobil telefonla 
oynayırlar. İmkan yarandıqda belələri mənfi motivlə birləşib mühazirə və məşğələlərə 
mane olurlar. Belə halların qarşısını almaq üçün fakültə dekanlığı, ixtisas kafedraları, 
müəllimlər tələbələrlə təlim və peşəyönümü istiqamətində fərdi iş aparmalı, peşəyə 
maraq və meyl formalaşdırmağa, onun cəmiyyət və gəncin şəxsi həyatı üçün nə kimi 
rol oynadığını aydınlaşdırmağa çalışmalıdırlar. Bu məqsədlə “İxtisasa giriş” kursunun 
tədrisi (daha doğrusu, bərpa edilməsi) səmərəli olardı. Tələbələrin zehni, mənəvi, psixi 
inkişafı ziddiyyətlər və onların həlli ilə bağlıdır. Gənclik yaşı üçün müəyyən sosial-
psixoloji ziddiyyətlər səciyyəvidir. Onlardan bəzilərini qeyd edək: - tələbə gənclərin 
geniş arzuları ilə onları həyata keçirmək imkanları arasında ziddiyyət; - maddi və 
mənəvi tələbatların artması ilə onları təmin etmək üçün iqtisadi imkanlar arasındakı 
ziddiyyət; - böyük həcmdə informasiyalarla onları dərindən dərk etmək imkanları və 
vasitələri arasında ziddiyyət; - böyük həcmdə tədris materiallarını mənimsəmək 
zərurəti ilə tələbənin vaxt büdcəsi arasındakı ziddiyyət; - ali məktəb həyatının ciddi 


norma və qaydaları ilə tələbənin müstəqilliyi, sərbəstliyi arasındakı ziddiyyət və s. 
Tələbə şəxsiyyətinin formalaşması ilə bağlı göstərilən ziddiyyətlər və onların həlli ali 
məktəbdə tədris-tərbiyə işinin, habelə mütəxəssis hazırlığının məzmununu, forma və 
metodlarını təkmilləşdirməkdə mühüm əhəmiyyət kəsb edir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   83   84   85   86   87   88   89   90   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin