Mühazirə Ali məktəb pedaqogikasının predmeti, kateqoriyaları və tədqiqat metodları



Yüklə 1,85 Mb.
Pdf görüntüsü
səhifə85/91
tarix09.06.2023
ölçüsü1,85 Mb.
#127446
növüMühazirə
1   ...   81   82   83   84   85   86   87   88   ...   91
M hazir Ali m kt b pedaqogikas n n predmeti, kateqoriyalar v

Tərbiyənin rolu. Şəxsiyyətin inkişafına təsir edən amillər içərisində tərbiyə aparıcı 
yer tutur. Onun təsiri mühitin təsirindən bir çox cəhətdən fərqlənir:
- Mühit insana kortəbii, bəzən də mənfi təsir göstərdiyi halda, tərbiyə məqsədyönlü və 
planlı təsirdir;
- Tərbiyə mühitin müsbət cəhətlərinə istinad edir, mənfi təsirlərini isə neytrallaşdıra 
bilir;
- Tərbiyə insanda mühitin zərərli təsirlərinə qarşı müqavimət gücü formalaşdırmağa 
qadirdir. Bunun nəticəsidir ki, heç də hamı mühitin mənfi təsirinə eyni dərəcədə məruz 
qalmır;
- İnsanın mühitə münasibəti, bir çox cəhətdən, tərbiyə ilə şərtlənir, onunla tənzim 
olunur. Tərbiyə bioloji amillərlə də sıx bağlıdır. O, insanın təbii (irsi) imkanlarının üzə 
çıxarılması və inkişafına kömək göstərir. Tərbiyə insanın həyat və fəaliyyətini təşkil 
etməklə onun maraq və qabiliyyətlərinin inkişafına əlverişli şərait yaradır. Tərbiyə 


şəxsiyyəti “layihələşdirir”, onun ahəngdar inkişafını istiqamətləndirir. Şəxsiyyətin 
formalaşmasında insanın şəxsi fəallığının rolu. İnsan mühitin və tərbiyənin passiv 
obyekti kimi yox, fəal qüvvə kimi çıxış edir, mühitə və tərbiyə prosesinə, özünün 
şəxsiyyət kimi formalaşmasına fəal təsir göstərir. Tərbiyə insanı ancaq obyekt kimi 
qəbul edərsə, çox şeydən məhrum olar, öz məqsədinə çata bilməz. Nə irsiyyət, nə 
mühit, nə də tərbiyə insanın şəxsi fəallığı olmadan ona lazımi dərəcədə təsir edə 
bilməz. Yalnız öz fəallığı sayəsində insan ətraf mühitlə münasibətə girir, yalnız bu 
şərtlər onun irsi imkanlarını üzə çıxıb inkişaf etdirə bilər və tərbiyəvi təsirlər lazımi 
nəticə verər. Əslində, insanın bioloji və sosial keyfiyyətləri onun şəxsi fəallığında bir 
vəhdət halında özünü büruzə verir. İnsan mühitlə və tərbiyə ilə fəal qarşılıqlı təsir 
prosesində şəxsiyyət kimi formalaşır, öz təbii imkanlarını reallaşdıra bilir. İnsanın 
şəxsi fəallığı müxtəlif formalarda təzahür edir: zehni, əmək, fiziki, bədii, ictimai-siyasi 
fəallıq. Nəzərdən keçirilən amillər – irsiyyət, mühit, tərbiyə və insanın şəxsi fəallığı 
bir- birilə sıx bağlı olub, bir-birini şərtləndirir. Buna görə də şəxsiyyətin formalaşması 
səbəblərini yalnız bir amillə – irsiyyət, mühit və ya tərbiyə ilə izah etmək, insanda 
müşahidə olunan nöqsanlara görə yalnız irsiyyəti, mühiti, yaxud tərbiyəçini (və ya 
valideynləri) günahlandırmaq düzgün deyildir. Tərbiyə işində bütün amilləri qarşılıqlı 
vəhdətdə, kompleks halında götürmək və həyata keçirmək vacibdir.

Yüklə 1,85 Mb.

Dostları ilə paylaş:
1   ...   81   82   83   84   85   86   87   88   ...   91




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin