amillər deyildir. İnsanın inkişafının sosial şəraitindən asılı olaraq irsi imkanlar
şəxsiyyətin müvafiq qabiliyyətlərinin və psixi keyfiyyətlərinin inkişafı üçün əlverişli
zəmin ola bilər və ya heç üzə çıxmaya da bilər. Hər şey insanın düşdüyü şəraitdən,
sosial mühitdən, aldığı təhsil və tərbiyədən asılıdır. İrsi informasiyaların daşıyıcıları
genlərdir. Genlərlə hazır qabiliyyətlər ötürülürmü? Bəzi empirik faktlar əsasında
qabiliyyətlərin irsən keçməsi haqda müəyyən rəylər irəli sürülür. Məsələn, dünya
şöhrətli bəstəkarlardan Ü.Hacıbəylinin 4 nəslinin öyrənilməsi əsasında bu nəsillərdə
çoxlu musiqiçi olduğu müəyyən edilmişdir. Lakin bu fikri təkzib edən digər faktlar da
vardır. Belə ki, A.S.Puşkinin 256 nəvə, nəticə və kötükcəsi içərisində heç bir şair və
yazıçı olmamışdır. İnsanın təbii imkanları dəyişməz deyildir. Onlar həyat şəraitinin,
tərbiyə və mühitin təsiri ilə dəyişə bilər. Mühitin rolu. İnsan bioloji varlıq olmaqla
yanaşı, həm də sosial varlıqdır. O, müəyyən mühitdə doğulur və böyüyür. Buna görə
də istər-istəməz həmin mühitin təsirinə məruz qalır. “Mühit” anlayışı məzmunca geniş
olub, insana təsir göstərən xarici amillər sistemini – insanın həyat və fəaliyyəti üçün
zəruri olan təbii və ictimai şəraiti əhatə edir. Mühit insana müsbət və ya mənfi təsir
göstərə bilər. İnsanlar üçün yaradılan əlverişli mənzil-məişət şəraiti, mədəni-maarif,
təhsil və sağlamlıq ocaqları, əmək və istirahət şəraiti, insanların bir-birini
münasibətləri şəxsiyyətin inkişafına güclü təsir göstərən sosial mühit amillərinə
daxildir. Mühit dedikdə, həm təbii-coğrafi, həm də sosial mühit başa düşülür.
Təbii –
Dostları ilə paylaş: